Əlaqə Arxiv
news Image
2017.03.23
18:00
| A A A
Ukraynada böyük yanğın - 20 min sakin təxliyə olunub

Ukraynanın Xarkov bölgəsində yerləşən hərbi anbarda böyük yanğın baş verib.

Movqe.az AzVision.az-a istinadən xəbər verir ki, silah anbarındakı yanğına görə yaxınlıqda yerləşən yaşayış məntəqələrindən 20 min nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Həmçinin yanan anbardan 40 km radiusda uçuşlar qadağan edilib. Şəhərdən yüzlərlə maşın çıxdığı üçün tıxac yaranıb.

Ölən və yaralananlar barədə hər hansı məlumat yoxdur.

Sizin Reklam Yeriniz