Əlaqə Arxiv
news Image
2013.02.06
10:09
| A A A
Zərgər ailəsi gülləbaran edildi
Bakıda restoranda atışma olub, iki nəfər güllələnib. Hadisə saat 00.00 radələrində paytaxtın Zahid Xəlilov küçəsində yerləşən "Elbaro" restoranında qeydə alınıb. İnsidentin baş verdiyi ərazi mühasirəyə alınıb. APA-nın məlumatına görə, restoranda Aydın Məmmədzadənin anasının ad günü qeyd edilirmiş. Mərasimin başa çatmasına az qalmış hələlik şəxsiyyəti açıqlanmayan şəxs restorana daxil olub və banket zalına qalxıb. O, ata və oğul Məmmədzadələri nişan alaraq, avtomat silahla onları ayağından güllələyib. Hadisə yerində olan digər şəxslər zərər çəkməyib. Məlumata görə, Aydın Məmmədzadə Bakının tanınmış və stajlı zərgərlərindən biridir. Onun oğlu Emin Məmmədzadə də hazırda zərgər kimi fəaliyyət göstərir.Hadisə yerinə Daxili İşlər Nazirliyinin, Bakı şəhər Baş Polis İdarəsinin və Bakı şəhər Prokurorluğunun əməkdaşları gəlib. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Hadisənin motivi hələlik açıqlanmır.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Sizin Reklam Yeriniz