Əlaqə Arxiv
news Image
2017.03.24
09:00
| A A A
Azərbaycanda bayram günlərində yol-nəqliyyat hadisələrində 6 nəfər ölüb
Nəticədə 30 nəfər xəsarət alıb

Azırbaycanda Novruz Bayramı günlərində qeydə alınan cinayətlərin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyindən movqe.az-a verilən məlumata görə, mart ayının 20-də respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 76, martın 21-i 55, martın 22-i isə 61 cinayət faktı qeydə alınıb. Qeydə alınan 192 faktın 58-i “isti izlər”lə açılıb.
Mart ayının 20-də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6, ayın 21-i 10, martın 22-i isə 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Məlumatda həmçinin qeyd olunub ki, ötən üç gün ərzində respublikanın avtomobil yollarında 14 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 6 nəfər ölüb, 30 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən üç gün ərzində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 77 nəfər tutulub.

Sizin Reklam Yeriniz