Əlaqə Arxiv
news Image
2017.03.25
22:30
| A A A
Məhkəmənin absurd qərarı: "Təcavüz zamanı qışqırmadı"

İtaliyanın ədliyyə naziri deyib ki, qadının qışqırmadığı üçün cinsi təcavüzdə ittiham olunan kişiyə bəraət qazandıran məhkəmə ilə bağlı araşdırma aparacaq.

Ötən ay Turin şəhərinin məhkəməsi qərar verib ki, iddia olunduğuna görə ona hücum edən həmkarına "yetər" demək, cinsi təcavüzün baş verdiyini göstərmək üçün kifayət qədər güclü sübut deyil.

Movqe.az BBC-yə istinadən bildirir ki, iddia olunan qurban hazırda böhtanda ittiham olunur.

Məhkəmə qərarı İtaliyada böyük qəzəb doğurub.

"Əlbəttə ki, baş verənlərə görə dəhşətə gələn qadını şəxsi reaksiyasına görə cəzalandırmaq olmaz", müxalif millət vəkili Annagrazia Calabria deyib.
Ədliyyə naziri Andrea Orlando nazirliyin müfəttişlərini məsələni araşdırmağa çağırıb, Ansa agentliyi xəbər verir. Hadisə 2011-ci ildə baş verib.
İddia olunan qurban Turin xəstəxanalarında işləyib. O deyir ki, ittiham etdiyi şəxs onu cinsi hərəkətlərə məcbur edirdi və tələbləri yerinə yetirmədiyi təqdirdə onu işsizliklə hədələyirdi, İtaliyanın Corriere della Sera qəzeti məlumat verir.ü

Sizin Reklam Yeriniz