Əlaqə Arxiv
news Image
2017.03.26
17:18
| A A A
ABŞ-da gecə klubunda atışma: 1 ölü, 14 yaralı

Bu gün ABŞ-ın Ohayo ştatında gecə klubunda atışmanın detalları məlum olub.
 
Movqe.az APA-ya istinadən xəbər verir ki, Tsintsinnati şəhərindəki "Kameo" gecə klubunda ən azı 2 nəfər klubdakı insanları atəşə tutub.
 
Nəticədə 1 nəfər ölüb, 14 nəfər yaralanıb. Yaralılardan bir neçəsinin durumu ağırdır. Polis kapitanı Kim Uilyams bildirib ki, bu, indiyə qədər gördüyü "ən pis hadisə" olub.
 
Olayla bağlı saxlanılanlar barədə hələ məlumat açıqlanmayıb. Hazırda polis olayla bağlı araşdırmanı davam etdirir. 

Sizin Reklam Yeriniz