Əlaqə Arxiv
news Image
2017.03.27
11:56
| A A A
9 yaşında zorlanıb, ölən qız: "Ana, bunları necə unudacam?"

Onu zorlayan şəxslə məhkəmədə qarşılaşmağa dözə bilmədiyinə görə infarkt keçirərək ölən 9 yaşlı Yağmur K.-nın ailəsi ilk dəfə jurnalistlərə açıqlama verib.

Movqe.az bildirir ki, ailəsi şübhəlinin sərbəst buraxılmasını qınayıb. Onlar jurnalistlərə deyib:

"Hadisədən sonra tez-tez altını isladırdı, ağzını silib, tüpürürdü. Bir gün mənə əli ilə başını göstərərək "Ana, bunları ağlımdan silsəm də, ürəyimdən necə siləcəm? Necə unudacam?" - dedi. 9 yaşlı uşağın başına bunlar gəlməlidir?"

Qeyd edək ki, hadisə ötən il İzmirdə baş verib. Yağmur K.nı zorlayan 56 yaşlı T.Ç 1 il məhkumluq həyatı yaşadıqdan sonra mart ayının 22-də sərbəst buraxılıb.

milli.az

Sizin Reklam Yeriniz