Əlaqə Arxiv
news Image
2017.03.27
13:45
| A A A
Bakıda müştərinin döyülərək öldürüldüyü klubun adı açıqlanıb - FOTO - YENİLƏNİB

Movqe.az xəbər verir ki, "report"un əldə etdiyi məlumata görə, müştərinin döyülməsi hadisəsi Nəsimi rayonu, Bül-Bül prospekti 39 F ünvanında yerləşən "DoReMi" gecə klubunda qeydə alınıb.
Hazırda gecə klubu fəaliyyətini dayandırıb. Belə ki, klub hadisə ilə bağlı 1 həftə sifariş qəbul etməyəcək.

*** saat 11:55
Bakıda klubların birində müştəri inzibatçı tərəfindən döyülməsi nəticəsində ölüb.
 Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Xırdalan şəhərinin "Quşçuluq" yaşayış sahəsində yaşayan Rahil Məlikovun evində həmyerlisi, dostu Telman Məmmədovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
Araşdırmalar zamanı T.Məmmədovun paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klublardan birində oranın inzibatçısı - Bakı şəhər sakini Fərhad Musayevlə aralarında baş verən münaqişə zəminində sonuncu tərəfindən yumruqla vurulduğu və yıxılması nəticəsində başından xəsarət alması, sonra dostu ilə birgə onun evinə gələrək orada öldüyü müəyyən edilib.
Abşeron Rayon Polis İdarəsinin  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Musayev tutulub.

Sizin Reklam Yeriniz