Əlaqə Arxiv
news Image
2017.04.20
15:19
| A A A
Nişanlısına söz atıb, özünü də bıçaqladı - LƏNKƏRANDA

Lənkəran şəhərində bıçaqlanma olub. Movqe.az Report-a istinadən verdiyi xəbərə görə, hadisə "Xan evi"nin qarşısında baş verib. 
Belə ki, Lənkəran rayonunun Nərimanabad-1 qəsəbə sakini, 26 yaşlı Şahin İlham oğlu Əliyev bir neçə bıçaq yarası ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 
 
İlkin məlumata görə, münaqişə Ş.Əliyevin yanında olan nişanlısına qarşı tərəfin söz atması olub. Nəticədə iki tərəf arasında mübahisə yaranıb. Ş.Əliyevi bıçaqlayan şəxsin Şağlakücə kənd sakini Əlizadə Cavid Rəssam oğlu olduğu müəyyənləşib. Onun saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür. 
 
Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Sizin Reklam Yeriniz