Əlaqə Arxiv
news Image
2017.04.25
13:46
| A A A
Bakıda "BMW" yolu keçmək istəyən 4 piyadanı vurdu

Bu gün səhər saat 8:00 radələrində Nizami rayonu, "Ruslan 93" marketin qarşısında 4 piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, piyadalar işıqforun onlar üçün yanan yaşıl işığında yolu keçərkən, "BMW" markalı minik avtomaşını onları vurub.

Movqe.az salamnews-a istinadən xəbər verir ki, yaralılar təcili tibbi yardım avtomaşın ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar.

Lənkəran rayon sakini olan, 1954-cü il təvəllüdlü Cəfərova Tamaşa Abbas qızı xəstəxanaya çatdırılsa da, ağır xəsarətlər aldığından dünyasını dəyişib. Digər yaralılar - 1993-cü il təvəllüdlü Ağazadə Dəyanət Adil oğlu, 1994-cü il təvəllüdlü Ağazadə İlham Xəlil oğlu və 1968-ci il təvəllüdlü Rzayev Rafiq Mədət oğlu həkimlər tərəfindən müayinə olunublar.

Dəyanət Ağazadəyə qapalı kəllə-beyin travması, baş-beyin əzilməsi, sol baldır sümüyünün açıq sınığı, İlham Ağazadəyə hər iki aşağı ətrafın əziyi və sıyrıntısı, Rafiq Rzayev isə qapalı kəllə-beyin travmatik şok diaqnozu qoyulub. Dəyanət Ağazadə ilə Rafiq Rzayevin vəziyyətləri ağır olduğundan reanimasiya şöbəsinə yerləşdiriliblər. İlham Ağazadənin isə vəziyyəti orta-ağırdı.

Qeyd edək ki, Dəyanət ilə İlham Ağazadə əmioğludurlar və hadisə baş verən zaman "Azərsun Holdinq"ə işə gedirmişlər.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb və hadisə yeri müayinə olunub. Hadisəni törədən sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. Avtotexniki ekspertiza təyin olunduqdan sonra fakta hüquqi qiymət veriləcək.

Sizin Reklam Yeriniz