Əlaqə Arxiv
news Image
2017.04.27
16:47
| A A A
Bakıda 44 yaşlı kişini bıçaqlayaraq qaçan şəxs tutulub

 Bakıda 44 yaşlı kişini bıçaqlayaraq qaçan şəxs tutulub. Movqe.az-ın  xəbərinə görə, hadisə Nəsimi rayonu, M.Cəlal Paşayev küçəsində baş verib.1973-cü il təvəllüdlü Əhmədov Rüstəm 4-cü mikrorayonda, naməlum şəraitdə bıçaq xəsarətləri alıb. Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhıli bilinən Daşkəsən rayon sakini, 1985-ci il təvəllüdlü Tahir İsgəndərov tutulub. Araşdırmalar davam etdirilir.

Sizin Reklam Yeriniz