news Image
2013.03.04
08:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Kürdəmir dinamik inkişafın əsas ünvanlarından birinə çevrilib

Bu gün beynəlxalq miqyasda müasir Azərbaycanı xarakterizə edən əsas xüsusiyyətlərdən biri yüksək dinamizmə əsaslanan modern inkişafdır. Elə bunun nəticəsidir ki, dünya səviyyəsində ölkəmizin sosial-iqtisadi tərəqqisinə yüksək diqqət yetirilməkdə, onun xarakterik cəhətləri geniş tədqiqat predmetlərinə çevrilməkdədir. Qeyd olunan xüsusda nəzər salınan əsas məqamlardan biri də ölkəmizin regionlarının inkişaf dinamikasıdır. Yüksək inkiaşf dinamikasına görə fərqlənən rayonlardan biri də Kürdəmirdir. Ötən ilin sosial-iqtisadi yekunları rayonda dinamik tərərqqinin real təsdiqi kimi çıxış edir.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçirilir. 2003-cü ildən hal-hazırki dövrə kimi 11435 yeni iş yeri yaradılıb, bundan 7472-si daimi, 3963-cü mövsümi olub. Ötən ilin əvvəlindən isə 985 yeni iş yeri yaradılıb, onun da 843-ü daimi, 142-si mövsümi iş yerləridir. 2012-ci il ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı 29,2 faiz artaraq 324 milyon 313 min manata çatıb. Ümumi məhsul buraxılışının 79,6 faizi məhsul istehsalı, 20,4 fazi isə xidmət sahələrində olub,bu da keçən illə müqayisədə 18,3 faiz artım deməkdir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq aqrar sektorun inkişafı diqqət mərkəzində saxlanılıb. Ölkə Prezidentinin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 23 yanvar 2007-ci il tarixli Sərəncamı əsasında kənd təsərrüfatı məhsulları istehsalçılarına hər hektar əkin sahəsinə yardım verilməsi, gübrələrin güzəştli qiymətlərlə satılması, toxum istehsalına görə subsidiyalar ödənilməsi, texnikaların və mal-qaranın lizinq yolu ilə satılması, güzəştli şərtlərlə kreditlərin verilməsi, vergi güzəştləri, kəndlinin torpağa bağlılığını artırmış, məhsul istehsalına marağını yüksəldib. Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə ötən il qabaqcıl nümunələrin yaradılması və yayılması sahəsində ardıcıl işlər aparılıb, taxılçılıq sahəsində Süd emalı zavodunda, iri istixanalar təsərrüfatında, mütərəqqi üsulla becərilən qarğıdalı sahəsində və bağlarda sahibkarların, mütəxəssislərin iştirakı ilə seminarlar keçirilib və onlara lazımi bilgi və tövsiyələr verilib.

Görülmüş tədbirlər nəticəsində ötən il 74318 ton, əvvəlki ildəkindən 19141 ton çox taxıl, 14035 ton, əvvəlki ildəkindən 1125 ton çox kartof, 21094 ton, əvvəlki ildəkindən 156 ton çox tərəvəz, 48073 ton, əvvəlki ildəkindən 508 ton çox bostan, 1567 ton, əvvəlki ildəkindən 982 ton çox qarğıdalı dəni, 21371 ton, əvvəlki ildəkindən 521 ton çox meyvə, 3984 ton, əvvəlki ildəkindən 317 ton çox üzüm məhsulu istehsal edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət torpaq fondu hesabına ölkə ərazisində iri özəl taxılçılıq təsərrüfatlarının yaradılması barədə verdiyi tapşırıqla əlaqədar rayonda iri özəl taxılçılıq təsərrüfatı yaradılması üçün dövlət fondu qış otlaq sahəsindən 2243 hektar yer seçilib. Hazırda həmin torpaq sahəsinin təyinatının dəyişdirilməsi və hərraca çıxarılması işləri aparılır. Bu da rayonda taxıl istehsalının daha da artırılmasına əsaslı zəmin yaradacaq.

Regionların, xüsusi ilə sahibkarlığın inkişafı üçün Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2012-ci ildə Kürdəmir rayonunun 14 sahibkarına 3 milyon 160 min manat məbləğində kredit verilib. Rayonda heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsi sahəsində də müəyyən işlər görülüb. Müasir texnologiya ilə qurulmuş istixana təsərrüfatında keçirilən seminar müşavirə və orada belə təsərrüfatların iqtisadi səmərəsi barədə verilmiş bilgilər və tövsiyyələr bu sahəyə sahibkarların marağını artırıb, nəticədə ötən il örtülü qruntların sahəsi 4 hektar artırılaraq 5,5 hektara çatdırılıb. Məlumdur ki, kənd təsərrüfatını inkişaf etdirmək və yüksək məhsuldarlığa nail olunmasında meliorasiya və suvarma sistemləri mühüm rol oynayır. Hesabat dövründə torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması sahəsində xeyli işlər görülmüş, Axtaçı-Ərəbqubalı, Çərtəyəz-Muradxan beton üzlüklü kanallarının tikintisi davam etdirilib, Çərtəyəz-Muradxan kanalına su vermək üçün Kür çayına üzən nasos kompleksi quraşdırılıb. Sovla kəndi ərazisində istismar müddətini başa vuraraq sıradan çıxmış latok kanalların 500 metrdən çox hissəsi şüşə lifli kompozit materialdan hazırlanmış latoklarla əvəz olunub, 3 yerdə yeni nasos stansiya, 10 ədəd yeni nasos kompleksi quraşdırılıb, sıradan çıxmış 4 üzən nasos stansiya yenidən bərpa olunub, 220 km kollektor-dren şəbəkəsi lildən təmizlənib, meliorasiya sistemində olan 52 hidrotexniki qurğu, 16 ədəd nasos əsaslı təmir edilib, 1 ədəd yeni nasos qurulub.

Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması rayon İcra Hakimiyyətinin və müvafiq xidmət müəssisələrinin diqqət mərkəzində saxlandığı ən vacib məsələlərdən olub. Rayon mərkəzində və kəndlərdə qəzalı vəziyyətdə olan elektrik dirəklərinin, köhnəlmiş naqillərin, bəzi hallarda texniki cəhətdən nasaz olan sayğacların dəyişdirilməsinə, sıradan çıxmış transformatorların yenisi ilə əvəz olunmasına diqqət artırılıb. 10 kv-lıq elektrik hava xəttinin 4,7 km hissəsində əsaslı, 12,9 km hissəsində cari, 04 kv-lıq elektrik hava xəttinin isə 5,9 km hissəsində əsaslı, 14,3 km hissəsində isə cari təmir işləri aparılıb. Transformatorlardan 21 ədədi əsaslı, 53 ədədi isə cari təmir edilmiş, 539 mənzilə elektrik sayğacı quraşdırılıb.

Rayon əhalisi 100 faiz elektrik enerjisi ilə təmin olunub. Dövlət Proqramına uyğun olaraq 2012-ci ildə təbii qazla təhciz olunmayan şəhərin ayrı-ayrı məhəllələrinin, kəndlərin qazlaşmasına başlanılıb. Şəhərin gözəlliyinə xələl gətirən metal borulardan çəkilmiş qaz xətlərinin sökülərək yeraltı polietilen borularla əvəzlənməsinə nail olunub. Heydər Əliyev prospekti və Aşıq Əhməd küçəsində ümumilikdə 2150 m metal boru yüksək və orta təzyiqli yeraltı plastik boru ilə əvəzlənib, şəhərin cənub məhəlləsində 4,5 km uzunluğunda yeni qaz xətti çəkilmiş və 580 ailə təbii qazla təmin olunub. Sığırlı-Çöhranlı marşurutu üzrə 7 kəndi (Karrar, Garıs-Əyribənd, Bağman, Karrar qəsəbə, Muğanlı, Xınıslı, Çöhranlı) təbii qazla təmin edəcək kəmərin 32 km hissəsi çəkilib, şəhərin 63-69-cu məhəllələrində, Atakişili kəndinin yeni yaşayış ərazisində qazlaşma işlərinə başlanılıb. Şilyan, Qarasu kəndlərinin qazlaşması üçün layihə-smeta sənədləri hazırlanıb, hal-hazırda Şilyan, Qarasu kəndlərinə 8 km daşıyıcı xətt çəkilib. Dövlət Proqramına uyğun olaraq əhalinin içməli suya olan tələbatını yaxşılaşdırmaq, eyni zamanda kanalizasiya şəbəkəsinin yenidən qurulmasına başlanılıb. Ağsu rayonunun Külüllü bulağından rayonumuza qədər yeni çəkiləcək 3-cü içməli su xəttinin 24 km-nin, Ərəbmehdibəy kəndində tutumu 7500 m3 olan su anbarının tikintisi başa çatdırılıb. Ümumi uzunluğu 300 km olan daxili içməli su xəttinin 28 km-də, kanalizasiya şəbəkəsinin isə 13 km-də işlər basa çatdırılıb, tunel çəkilişi üçün 4 ədəd yeraltı baxış quyuları tikilib. Şəhər əhalisinin tam su ilə təmin olunması və kanalizasiya xətlərinin yenidən qurulması işləri 2013-cü ilin sonuna başa çatdırılmasi nəzərdə tutulub.

Kəndlərin su təchizatının yaxşılaşdırılması üçün Azərbaycan Respublikası Prezidentinin 26 avqust 2011-ci il tarixli Sərəncamı ilə Kürdəmir rayonunun 5 min nəfər əhalisinin yaşadığı Şahbəyli, Sor Sor, Ərşəli, Muğanlı, Xınıslı yaşayış məntəqələrində modul tipli sutəmizləyici qurğular quraşdırılaraq istifadəyə verilib, Təklə kəndində isə qurğunun tikintisi ilə əlaqədar sənədləşmə işlərinə başlanılıb. Bundan əlavə 2013-cü ildə daha 3 kənddə modul tipli su təmizləyici qurğu tikilməsi planlaşdırılıb, tikiləcək qurğulara kəndlərdə yerlər seçilib və torpaqayırma sənədləri hazırlanaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilib. Kommunal nəqliyyat xidmətinin yaxşılaşdırılması məqsədi ilə dövlət Başçısının tapşırığına əsasən Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına rayona gətirilmiş xüsusi texnikalardan səmərəli istifadə xüsusi diqqət mərkəzindədir. Bu maşınlar küçələrdə təmizlik işləri aparmaq üçün əlverişli texniki imkanlara malikdir. Məlumat üçün qeyd edək ki, 2013-cü ilin əvvəlinə rayon əhalisinin sayı 108,9 min nəfər təşkil edib və ötən illə müqayisədə 1416 nəfər və yaxud 1,3 faiz artıb. Əhalinin 19,7 faizi rayonun mərkəzində, 80,3 faizi 21 kənd inzibati dairələrinin ərazisində yaşayır. Rayonda demoqrafik artım qeydə alınır.

Rayon büdcəsinin ilbəil artması və sosial yönümlü olması həm də ölkə Prezidentinin bu sahəyə yüksək diqqət və qayğısının təzahürüdür. 2012-ci il üçün rayon büdcəsi mədaxil və məxaric üzrə 16,1 milyon manat təsdiq edilib ki, bunun da 11,8 milyon manatı dövlət büdcəsindən ayrılan dotasiya, 4,3 milyon manatı isə yerli gəlirlər hesabına formalaşdırılıb. Yerli gəlirlər planı ümumilikdə 127,9 faiz yerinə yetirilib. 2012-ci ildə rayonda tikinti və abadlıq işləri geniş vüsət alıb, rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə şəhərin küçə və meydanlarının abadlaşdırılması, yenidən qurulması, nəqliyyat infrastrukturunun şəhərdaxili hərəkətinin nizamlanması məqsədi ilə rayonun idarə, müəssisə rəhbərləri ilə mütəmadi müşavirələr keçirilib, görüləcək işlərin layihələri hazırlanıb, müəyyən edilmiş işlərin görülməsinə başlanılıb. Şəhərin 10 küçə və meydanlarına ümumilikdə 27346 m2 büdcə vəsaiti hesabına asfalt örtüyü vurulub. Şəhərin ən işlək mərkəzi küçələrindən olan Aşıq Əhməd, Nizami, X.İslamzadə küçələrinin yenidən qurulması və abadlaşdırılması üçün 2247 p/m bardür düzülüb, 230 p/m kanalizasiya xətti çəkilib, 989 kvadratmetr divar hörülüb, 1250 kvadratmetr tamet döşənib, 1910 kvadratmetr aqlay materialı ilə üzləmə aparılıb, ərazilərin görkəmi tamamilə dəyişib.

2013-cü ildə şəhərin 5 küçə və meydanlarının 42800 kvadratmetr büdcə vəsaiti hesabına asfaltlaşdırılması nəzərdə tutulub. Qeyd etmək lazımdır ki, şəhərin 90 küçəsindən 66 küçəsi asfaltlaşdırılıb. Heydər Əliyev prospektində hündürlüyü 42 metr olan yeni bayraq meydanı qurulub, 6.5 metr hündürlükdə 4 cəhətli saat qülləsi tikilib, 100 ədəd yeni işıqlanma dirəkləri quraşdırılıb, divarların ağlayla dekorativ üzlənməsi işləri aparılır.

Şəhərin Bakı prospektində primitiv üsulla quraşdırılmış Bayraq qülləsi dəyişdirilərək 52 metr qülləsi olan yeni bayraq meydanı tikilib istifadəyə verilib. Uzunluğu 1700 metr olan Vaqif küçəsinin 4 gedişli yola rekonstruksiyası üçün xeyli iş görülmüş, əraziyə 3450 kubmetr torpaq daşınmış, 620 kubmetr beton tökülüb, 3590 kvadratmetr divar hörülmüş, 1441 kubmetr ağlayla üzləmə aparılıb, 2645 p/m bardür düzülüb, işıqlanma sistemi üçün 39 ədəd dayaq yeri düzəldilib. G.Orucova küçəsində 3 ləçək formalı yol nizamlayıcı dairə tikilib, dekorativ işıqlanma sistemi qurulub, yaşıllaşma aparılıb, Qələbə parkında görələcək işlərin məlumatını bildirən monitor yerləşdirilib.

Şəhər mərkəzində nəqliyyat vasitələrinin intensivliyini azaltmaq məqsədi ilə dəmir yol vağzalından Bakı prospektinə qədər uzunluğu 2500 m olan, uzun illərdən bəri istifadəsiz və bərbad olmuş M.Ə.Sabir küçəsi yenidən tikilib, əraziyə 1500 kubmetr torpaq daşınıb, 10150 kvadratmetr asfalt örtüyü döşənib, sahəsi 2600 kvadratmetr olan yeni avtodayancaq düzəldilib istifadəyə verilib. İndi bu rahat yolla hər gün yüzlərlə nəqliyyat vasitəsi maneəsiz hərəkət edir.

Hazırda rayon ərazisi böyük tikinti meydanına çevirilmiş, rayonun tarixində görülməmiş həcmində geniş tikinti, abadlıq işləri aparılır. Ulu öndər Heydər Əliyevin əvəzedilməz irsinin daha mükəmməl öyrənilməsi, onların gənc nəsilə yetərincə aşılanmsı, gələcək nəsillərə layiqincə ötürülməsi məqsədi ilə ən müasir layihəyə əsasən Heydər Əliyev mərkəzi 3 dəfədən artıq böyüdülməklə yenidən tikilir. Bu möhtəşəm binada müxtəlif dərnəklər, internet klublar, kinozal, ekspozisiya və müşavirə zalları nəzərdə tutulub. Gənc Heydərçilər parkı rekonstruksiya edilərək əsaslı təmir edilib, yeni su, işıq və kanalizasiya xətti çəkilmiş 1745 kvadratmetr tamet döşənmiş 450 kvadratmetr asfalt vurulub, 305 kvadratmetr ağlayla üzlənmə aparılıb, 2025 kvadratmetr fasad rənglənib, parkın giriş ərazisi abadlaşdırılıb, küçə asfaltlanıb, yeni səkilər düzəldilərək, yaşıllıq zolağı salınıb. Hazırda ərazisi 6.5 hektar olan Heydər Parkında yeni layihəyə əsasən əsaslı tikinti işləri aparılır. Parkda yeni mini fəvvarə, çay evi tikilmiş üç ədəd yeni şahmat stolları quraşdırılıb, 3 ədəd söhbətgah tikilib, əraziyə 1000 kubmetr çox torpaq daşınmış mexaniki suvarma sistemi qurulub, hal-hazırda işlər davam etdirilir. Parkda dövlətçilik tariximizi əks etdirən manomentlər, dövlət tarixi muzeyi, əhalinin bütün sosial kateqoriyalarının istirahəti üçün bölmələr, müxtəlif attraksionlar, fəvvalər nəzərdə tutulub.

Əhali məşğulluğunun etibarlı təminatı və artan sosial tələblərin həlli istiqamətində Kürdəmir Süd Emalı zavodunun tikintisində son tamamlama, abadlıq işləri yekunlaşmaq üzrədir. Yaxın vaxtlarda sutkalıq 30 ton süd məhsulu emal edəcək zavodda 150-dən artıq sakinin işlə təmin olunması gözlənilir. Onu da qeyd edək ki, 2010-cu ilin aprel-may aylarında Kür çayında suyun səviyyəsinin həddindən çox qalxması və həmçinin yağan güclü leysan yağışları nəticəsində fərdi yaşayış evlərinə dəymiş ciddi ziyanlıqlar aradan qaldırılmaq üzrədir. Belə ki, rayonda FHN tərəfindən qəzalı olduğu müəyyən edilmiş 533 yeni fərdi evlərin tikintisi başa çatdırılaraq istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 07 mart 2012-ci il 2081 saylı Sərəncamı ilə 13 kəndi birləşdirən, əhalisi 14 min nəfərdən çox, uzunluğu 28 km olan Mollakənd-Axtaçı-Öyləqulu yolunun tikintisi üçün ayrılmış 3 milyon manat vəsait hesabına smetaya uyğun 11,7 km-i asfalt-beton örtüyü ilə tikilib, qalan hissəsinin tikilməsinə vəsait ayrılıb.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayon ərazisində magistral, rayonlararası və rayondaxili yolların asfaltlaşdırılması, yenidən qurulması və təmiri sahəsində müəyyən işlər görülüb. Rayonda təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişaf etdirilməsi, mövcud problemlərin aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində olub.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamlarına əsasən 220 şagird yerlik Xırdapay və Sor-Sor, 80 şagird yerlik Qarabucaq, 180 şagird yerlik Qarasaqqal kənd tam əsas məktəblərinin tikintisi, 1 və 3 saylı uşaq bağçası körpələr evləri rekonstruksiya və əsaslı təmiri başa çatdırılaraq istifadəyə verilib. Hazırda ümumi şagird yeri 1660 olan 6 kənddə (Sığırlı, Şilyan, Cəyli, Köhünlü, Qaramahmudlu, Xəlsə) yeni məktəb binalarının tikintisi aparılır. Nazirlər Kabinetinin işçi qrupu tərəfindən 34 məktəb, 9 uşaq baxçası körpələr evində moritorinq aparılaraq qəzalı və istismara az yararlı tədris müəssisələri müəyyən edilərək tədbir görülməsi üçün müvafiq sənədləşmə işləri aparılıb. Rayonda maddi və mədəni irsin qorunması və inkişaf etdirilməsi istiqamətində davamlı olaraq tədbirlər həyata keçirilir.

Gənc Heydərçilər parkında hər həftə bölgələr üzrə özfəaliyyət kollektivlərinin maraqlı konsert proqramları ilə çıxış etmələri rayon ictimaiyyəti arasında böyük marağa səbəb olub. Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərancamı ilə 2012-ci il "İdman ili" elan edilmişdi. Keçən ilin sonunda Avropa Olimpiya Komitəsinin Baş Məclisində birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edilmişdi. Bu Azərbaycanda son illərdə görülən işlərin təzahürüdür, beynəlxalq imicimizin yüksək səviyyədə olmasının əlamətidir. Azərbaycanın iqtisadi və siyasi cəhətdən sabit ölkə kimi tanınmasının nəticəsidir. Bütün zəruri tədbirlər görüləcək və Avropa Olimpiya Oyunları ən yüksək səviyyədə, Beynəlxalq Olimpiya Oyunları səviyyəsində keçiriləcək.

Ümumilikdə qeyd etmək lazımdır ki, Kürdəmirin də dmançıları idmanın ayrı-ayrı növləri üzrə keçirilən turnirlərdə yüksək nəticələr göstəriblər. Rayonda yeniyetmələrin və gənclərin fiziki hazırlığının artırılması, asudə vaxtlarının səmərəli təşkili istiqamətində rayon Gənclər, İdman idarəsi və Kürdəmir Olimpiya İdman Kompleksi tərəfindən il ərzində bir sıra silsilə tədbirlər həyata keçirilib. Belə ki, yeniyetmələr və gənclər arasında "Şəhidlər unudulmur", "Heydər Əliyev və Azərbaycan gəncliyi", "Xocalı faciəsi qan yaddaşımızdır" mövzularında inşa yazı müsabiqələri təşkil edilərək keçirilib.

Kürdəmir Olimpiya İdman Kompleksində idmanın mini futbol, stolüstü tennis,Yunan-Roma güləşi, voleybol növləri üzrə rayon birincilikləri, mərkəzi rayon stadionunda "Cəsurlar" hərbi idman və turizm, "Şahin" hərbi idman oyunları, idmanın futbol növü üzrə rayon birinciliyi təşkil olunaraq keçirilib, qaliblər müəyyən edilərək mükafatlandırılıb. Müxtəlif idman növləri üzrə rayon idmançıları fərdi və ya komanda halında zona və respublika yarışlarında da fəal iştirak ediblər. Belə ki, idmanın şahmat növü üzrə Ağcabədi rayonunda keçirilən Respublika turnirində 1 nəfər, Bakı şəhərində keçirilən idmanın Yunan-Roma güləş növü üzrə gənclər arasında Azərbaycan birinciliyində 5 nəfər rayondan idmançı qalib olub, Biləsuvar rayonunda idmanın voleybol növü üzrə kişilərdən ibarət Respublika çempionatının zona yarışlarında, Bakı şəhərində Yunan Roma güləş növü üzrə yeniyetmələr arasında Respublika turnirində rayondan olan idmançılar fəal iştirak ediblər.

Ölkə Prezidentinin gənc nəslin sağlam yetişməsinə göstərdiyi böyük qayğısının təzahürü olan "Kürdəmir Olimpiya İdman Kompleksi"nin, 2000 yerlik şəhər stadionunun tikilib istifadəyə verilməsi isə yüksək qayğının real təzahürüdür. Rayon İcra Hakimiyyəti Başçısının hami köməkliyi nəticəsində "Gənclər Evi"nin inventar-avadanlıqla təchiz olunmasına nail olunub.

Gənclərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə rayonda gənc ailələrə sahibkarların vəsaiti hesabına çoxmərtəbəli yaşayış binasının tikintisi nəzərdə tutulub. Gənclər evində gənclərin asudə vaxtının səmərəli təşkili, elmi-dünyagörüşünün artırılması, xarici dillərin öyrənilməsi istiqamətində müxtəlif tədbirlər keçirilir. Görülmüş məqsədyönlü tədbirlərin nəticəsidir ki, 2012-ci illdə əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsini gücləndirmək sahəsində Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının hökumət qərarlarının yerinə yetirilməsi sahəsində Dövlət Sosial Müdafiə Fondu Kürdəmir rayon şöbəsi, Kürdəmir rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi müəyyən işlər görüblər.

Əhalinin Sosial Müdafiəsi Mərkəzi rayon şöbəsi 2012-ci ildə Mərkəz üzrə 2133 nəfərə sosial müavinət, 1679 nəfərə uşağın doğulmasına görə birdəfəlik müavinət, Çernobıl qəzası nəticəsində əlil olmuş 15 nəfərə hər birinə ildə bir dəfə müalicə üçün 176 manat məbləğində birdəfəlik müavinət, sosial adaptasiyaya ehtiyacı olan şəxslərə minimum əmək haqqının 4 misli məbləğində olmaqla birdəfəlik pul müavinəti, 116 nəfər Şəhid ailəsinə hər bir şəhid üçün aylıq məbləği 165,00 manat olmaqla Prezident təqaüdü, 1 nəfər Milli Qəhrəmanın ailəsinə aylıq məbləği 600 manat olmaqla Prezident təqaüdü, 93 nəfər müharibə əlillərinə - aylıq məbləği I qrup əlillərə 99 manat, II qrup əlillərə 77 manat, III qrup əlillərə 55 manat Prezident təqaüdü ödənilib. Dövlət Sosial Müdafiə Fondu Kürdəmir rayon şöbəsində orta pensiya rayon üzrə 140,32 manata çatıb. Rayonda digər sahələr üzrə də dinamik tərəqqi qeydə alınır.

Elşən BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.