Əlaqə Arxiv
news Image
2013.04.04
09:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Biləsuvarın inkişafında yüksək dinamizm müşahidə olunur Danılmaz həqiqətdir ki, bu gün Azərbaycan iqtisadiyyatı üçün prioritet təşkil edən qeyri-neft sektorunun inkişafında regionların xüsusi çəkisi davamlı surətdə artmaqda, bölgələrin məcmu istehsal prosesində payı artmaqdadır. He Danılmaz həqiqətdir ki, bu gün Azərbaycan iqtisadiyyatı üçün prioritet təşkil edən qeyri-neft sektorunun inkişafında regionların xüsusi çəkisi davamlı surətdə artmaqda, bölgələrin məcmu istehsal prosesində payı artmaqdadır. Heç şübhəsiz ki, bunun ən ümdə səbəblərindən biri regionların inkişafını özündə ehtiva edən dövlət proqramlarının hazırlanaraq uğurla icraya yönləndirilməsidir.
Xatırlatmaq yerinə düşərdi ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdır.
Dövlət Proqramında müəyyən edilmiş məqsədə nail olmaq üçün aşağıdakı vəzifələr yerinə yetirilməkdədir: ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi; infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi; sahibkarlıq mühitinin yaxşılaşdırılması ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirilməsi və sahibkarlığın inkişafının daha da sürətləndirilməsi; iqtisadiyyatın inkişafına investisiyaların cəlb olunması işinin davam etdirilməsi; ixracyönümlü məhsul istehsalının stimullaşdırılması; müasir tipli infrastruktur obyektlərinin yaradılması, mövcud obyektlərin beynəlxalq standartlara uyğunlaşdırılması; əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması; əhalinin məşğulluq səviyyəsinin artırılması istiqamətində tədbirlərin davam etdirilməsi; yoxsulluğun səviyyəsinin azaldılması.
O da məlumdur ki, proqrama əsasən, müəyyən olunmuş iqtisadi rayonlar üzrə həyata keçirilən tədbirlər artıq öz yüksək nəticələrini verməkdədir. Bunu Biləsuvar rayonunun timsalında da görmək mümkündür. 2012-ci ilin yekunları da qeyd olunanların real təsdiqi kimi çıxış edir. Belə ki, hesabat ilində rayonda iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 178,9 milyon manatlıq məhsul istehsal edilib. Bu, 2011-ci illə müqayisədə 16,6 faiz çoxdur. Həmin dövrdə ümumi məhsul buraxılışı sənayedə 12,7, kənd təsərrüfatında 84,5, tikintidə 39,5, nəqliyyatda 2,4, ticarətdə 39,4 milyon manat artıb. Göstərilən pullu xidmətlərin həcmi 2011-ci illə müqayisədə 12,3 faiz çox-27,8 milyon manat təşkil edib. Rayon üzrə əsas kapitala yönəldilmiş investisiyanın məbləği 40 milyon manat təşkil edib. Bu da əvvəlki ildəkindən 15 faiz çoxdur.
Ötən il əhalinin gəlirləri xeyli artıb, sosial rifah halı yaxşılaşıb. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 39 sahibkarlıq subyektinə 13 milyon manatdan çox güzəştli kreditlər verilib, 1009 daimi iş yeri açılıb. Hesabat ilində "Azərbaycan Respublikası regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ilə əlaqədar rayon ərazisində tikinti və abadlıq sahəsində də xeyli iş görülüb. Ölkə Prezidentinin "Biləsuvar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 2012-ci il 23 iyul tarixli Sərəncamı ilə 17 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən 21 kilometr uzunluğunda Biləsuvar-Əsgərabad-Amankənd-Ovçubərə avtomobil yolunun tikintisi üçün 5,2 milyon manat ayrılıb və həmin vəsait müqabilində yüksək keyfiyyətli asfalt-beton örtüklü yol çəkilib.
Rayon mərkəzində ərazisi 1,7 hektar olan Heydər Əliyev parkının müasir üslubda yenidən qurulması, həmin parkın ərazisində Heydər Əliyev mərkəzi, rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı üçün yeni inzibati binaların, ümummilli lider Heydər Əliyevin abidə kompleksinin, digər çoxsaylı obyektlərin tikintiləri davam etdirilib. Biləsuvar şəhərinin H.Əliyev, M.İbrahimov və Nizami küçələrində hasarların tikintisi, dekorativ üzlük aqlay daşları ilə müasir üslubda üzlənməsi, piyada səkilərinin üzlük tavalarla üzlənməsi və yeni işıqlandırma dirəklərinin quraşdırılması işləri də davam etdirilib. Rayon ərazisində özəl sektorun inkişafında da xeyli işləri görülmüşdür. Belə ki, şəhər ərazisində müasir tələblərə cavab verən 500 yerlik şadlıq sarayı tikilib istifadəyə verilib, Xırmandalı kəndi ərazisində 2 hektar sahədə kənd təsərrüfatı məhsulları yetişdiriləcək istixananın, kənd təsərrüfatı məhsullarının saxlanması üçün soyuducu anbar kompleksinin tikintiləri reallaşdırılmaqdadır.
Hesabat ilində rayon ərazisində özəl sektorun inkişafına da ciddi fikir verilib. Kəndlərdə yaşayan əhalinin sosial şəraitinin yaxşılaşdırılması məqsədilə "Modul" tipli sudurulducu qurğuların tikintisi ötən ildə də davam etdirilib, daha 5 kənddə sudurulducu qurğu istifadəyə verilib, beləliklə də rayon üzrə bulaqların sayı 16-ya çatdırılıb. Ötən ildə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq Biləsuvar şəhərinin içməli su və kanalizasiya sisteminin tikintisinə başlanılıb və bu işlər sürətlə davam etdirilir.
Ölkə Prezidenti tərəfindən aqrar bölməyə göstərilən diqqət və qayğı nəticəsində daxili bazarın ərzaqla təminatında yerli istehsalın xüsusi çəkisi hiss olunacaq dərəcədə artıb, ixrac yönümlü məhsulların çeşidi genişlənib. Görülən bütün bu tədbirlər respublikamızda kənd təsərüfatının sürətli inkişafına və bu sahədə çalışan ölkə əhalisinin maddi rifah halının yaxşılaşmasına səbəb olub. Biləsuvar rayonunun da aqrar rayon kimi inkişafı, bilavasitə kənd təsərrüfatındakı işlərin səviyyəsindən asılıdır. Rayonda kənd təsərrüfatı sahəsində məhsul istehsalının həcmi bütün sahələrdə əvvəlki illərlə müqayisədə artımla müşahidə olunub. Heyvandarlıq və quşçuluğun inkişafı sahəsində də irəliləyişlər əldə olunub. Rayon ərazisində torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə mövcud kollektor-drenaj sistemlərinin təmiri və lildən təmizlənməsi üçün 2012-2014-cü illə üzrə qrafik hazırlanaraq təsdiq edilib. Aqrar sahənin daha da inkişaf etdirilməsi bitkiçilik və heyvandarlıq sahələrinin xəstəlik və ziyanvericilərdən etibarlı mühafizəsi məqsədilə Baytarlıq idarəsi ilə yanaşı, ən müasir avadanlıqlarla təchiz edilmiş Bitkiçilik Fitosanitar-Karantin Məntəqəsi tikilib.
Hesabat ilində rayon əhalisinin təbii qazla təmin edilməsi və qaz təsərrüfatının yenidən qurulması istiqamətində də xeyli iş görülüb. Ovçubərə, Təsəkənd, Yuxarı Cürəli, Amankənd, Ağalıkənd, Aşağı Cürəli, Dərvişli, Çinarlı, Aranlı kəndlərində və Biləsuvar şəhərinin genişlənən hissəsində salınmış "Təyyarə meydanı" adlanan yaşayış məntəqəsində təbii qazın verilişi bərpa edilib. Ümumiyyətlə, Dövlət Proqramının icrası ilə bağlı 2012-ci ildə rayon əhalisinin təbii qazla təmin edilməsi və qaz təsərrüfatının yenidən qurulması istiqamətində işlər davam etdirilib. Rayonun Xırmandalı, Əliabad, Bəydili, Zəhmətabad kəndlərində qaz tənzimləmə məntəqələri quraşdırılıb. Onu da qeyd edək ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyi (İB) tərəfindən ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində intensiv işlər aparılır, ölkənin qaz təchizatı sistemində mövcud olan problemlər aradan qaldırılır, uzun müddət təbii qaz almayan yaşayış massivləri "mavi yanacaq"la təmin olunur. Biləsuvar rayonunun qazlaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı işlər də bu baxımdan xarakterikdir. Qeyd edilən fonda bu ilin martında isə Biləsuvar rayonunun Çaylı kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. 200 abonenti olan Çaylı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 35 min metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 200 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Biləsuvar Elektrik Şəbəkəsi (EŞ) Müəssisəsində enerji daşıyıcılarının dayanıqlığı möhkəmləndirilib. Ötən ilin son üç ayında müəssisənin balansına aid olan 10 kilovoltluq xətlərin 11,7 kilometr hissəsində, 0,4 kilovoltluq xətlər üzrə 9,2 kilometr məsafə əsaslı və cari təmir edilib. Eyni zamanda, 28 transformator məntəqəsində yenidənqurma işləri aparılıb, ümumi gücü 1,3 meqabayta yaxın olan 6 transformator təmir edilərək şəbəkəyə qoşulub. Hazırda şəbəkələrdə yenidənqurma işləri həyata keçirilir və sayğaclar xüsusi qutularda baxış üçün maneəsiz yerlərdə quraşdırılır ki, istehlak edilmiş enerjinin uçotu dəqiq aparılsın.
Rayonda təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafına, gənclərlə işin yaxşılaşdırılmasına diqqət xeyli gücləndirilib. Təhsil, səhiyyə və mədəni-maarif müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi ön plana çəkilib. Bu isə nəticədə həmin sahələrin fəaliyyətinin daha da gücləndirilməsinə səbəb olub. Respublikamızda təhsil sahəsində aparılan islahatlar rayonun təhsil sistemində də uğurla həyata keçirilərək müsbət nəticələrini verməkdədir. Ölkə Prezidentinin təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsinə, təhsil ocaqlarının müasir tələblər səviyyəsində qurulmasına göstərdiyi yüksək qayğı və diqqət nəticəsində rayonda da mühüm addımlar atılıb. Son illər Heydər Əliyev Fondunun təşəbbüsü ilə rayonumuzda 9 yeni məktəbin tikilib istifadəyə verilməsi, 4 məktəbin yüksək səviyyədə əsaslı təmir olunaraq istifadəyə verilməsi həmin məktəblərdə təhsilin keyfiyyətinin yüksəlməsində mühüm amil olub.
Təhsildə tədrisin keyfiyyətini yaxşılaşdırmaq, şagirdlərin fiziki hazırlıq səviyyəsinin yüksəltmək məqsədilə Xırmandalı kənd 1 saylı tam orta məktəbi və Zəhmətabad kənd tam orta məktəbinin idman zalı əsaslı təmir olunub.Şəhər 1saylı uşaq bağçasının əsaslı təmir edilməsi, şəhər 2 saylı və Zəhmətabad kənd uşaq bağçalarının yenidən tikilməsi dövlətin böyüməkdə olan gənc nəslin inkişafına göstərdiyi qayğının təzahürüdür. Əhaliyə keyfiyyətli rabitə xidmətinin göstərilməsi məqsədi ilə rayon mərkəzi ATS-də yeni elektron ATS-in quraşdırılması işləri tam başa çatdırılıb. Eyni zamanda rayonun bütün kəndlərində ATS-lər elektronlaşdırılıb. Əhaliyə keyfiyyətli rabitə xidməti göstərilməsi üçün rayon kəndlərində və şəhər mərkəzində yerləşən elektron ATS-lərin ərazilərində xətt təsərrüfatında təmir işləri aparılıb. Əhaliyə sürətli internet xidmətinin göstərilməsi üçün avadanlıqların quraşdırılması reallaşdırılıb. Digər sahələr üzrə də sürətli tərəqqi yaşanır.
Elşən BAYRAMOV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.
Sizin Reklam Yeriniz