Əlaqə Arxiv
news Image
2013.04.24
12:11
| A A A
Latviya Respublikasının Prezidenti Andris Berzinşin rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Latviya Respublikasının Prezidenti Andris Berzinşin aprelin 24-də rəsmi qarşılanma mərasimi olub.


Mövqe.az-ın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verib.

Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Andris Berzinşi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Latviya Prezidentinə raport vedikdən sonra, Latviyanın və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Andris Berzinşə, Latviya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.


Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.


Daha sonra, prezidentlər rəsmi foto çəkdiriblər.

Sizin Reklam Yeriniz