news Image
2019.04.25
07:15
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Zərdab rayonunda sahibkarlığın inkişafı sürətlənib

Azərbaycanda elmi əsaslarla reallaşdırılan sosial-iqtisadi siyasət cəmiyyətin bütün sahələrində mühüm uğurların əldə olunmasını təmin edib. Xüsusən də regional inkişaf proqramlarının yüksək dinamizmlə reallaşdırılması bölgələrin iqtisadi potensialının daha səmərəli realizəsinə imkanlar açıb. Bu sahədə qazanılan uğurları bu gün respublikanın Aran rayonlarından olan Zərdabın da timsalında aydın görmək olur.

Son illər həyata keçirilən ardıcıl tədbirlər rayon iqtisadiyyatının dinamik artımını təmin edib. 2018-ci ildə rayon büdcəsinin gəlirləri 7 milyon 51 min 207 manata qarşı 7 milyon 155 min 525 manat və ya 101,5 faiz, mərkəzləşdirilmiş xərclərdən ayrılmış vəsait 3 milyon 73 min manata qarşı 3 milyon 73 min manat və ya 100 faiz, yerli gəlirlər 2 milyon 989 min manata qarşı 3 milyon 93 min 318 manat və ya 103,5 faiz icra olunub. Rayon büdcəsinin məxaric hissəsi 7 milyon 51 min 207 manata qarşı 7 milyon 26 min 624 manat və ya 99,7 faiz icra olunub.

Rayonda əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin yaxşılaşdırılması, məcburi dövlət sosial sığorta ödənişlərinin toplanması sahəsində də ciddi işlər görülüb. 01 yanvar 2019-cu il tarixə 16490 sosial sığorta ödəyicisinə sosial sığorta şəhadətnamələrinin verilməsi təmin edilib. Məcburi Dövlət Sosial Sığorta ödənişləri üzrə proqnoz tapşırığa ümumilikdə 88,2 faiz, o cümlədən büdcə təşkilatları üzrə 95,5 faiz, qeyri-büdcə təşkilatları üzrə 73,9 faiz, fiziki şəxslər üzrə 84,0 faiz, torpaq mülkiyyətçiləri üzrə 1,0 faiz əməl edilib.

Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2018-ci il tarixli Sərəncamına uyğun olaraq rayonda ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində 100 (yüz) manat məbləğində birdəfəlik yardım verilibr. 2018-ci ildə 2 nəfər Qarabağ müharibəsi əlilinə avtomobil verilib və beləliklə avtomobillə təmin edilən Qarabağ müharibəsi əlillərinin sayı 24-ə çatıb.

Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə, Qarabağ və Çernobıl əlillərinə, Böyük Vətən Müharibəsi veteranlarına, valideyn himayəsindən məhrum olmuş uşaqlara, aztəminatlı ailələrə 30 min manatdan çox maliyyə və ərzaq yardımı, 18 ailəyə tikinti materialları ilə köməklik edilib. Rayonda qurban bayramı münasibətilə qurbanlar kəsilərək şəhid ailələrinə, Qarabağ və Çernobıl əlillərinə, valideyn himayəsindən məhrum olmuş uşaqlara və imkansızlara, ümumilikdə 450-dən çox ailəyə paylanılıb.

Hesabat ilində xidmət sahələrinin, o cümlədən elektrik və qaz təsərrüfatının inkişaf etdirilməsi, əhalinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülüb. Rayonun elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması məqsədilə yeni tikilərək istifadəyə verilmiş 35/10 kv-luq Zərdab yarımstansiyasından çıxan 10 kV-luq hava xətlərinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir. Şəhər və rayonun Məlikumudlu, Dəkkəoba, Dəli Quşçu, İsaqbağı, Çallı kəndlərinin ərazisində yeni müasir tipli transformator məntəqələri quraşdırılaraq açıq tipli elektrik hava xətləri SİP kabel xətləri ilə əvəz olunur, yeni sayğaclar quraşdırılır.

Asiya İnkişaf Bankının vəsaiti hesabına podratçı təşkilatlar tərəfindən rayonun elektrik təsərrüfatının yenidən qurulması istiqamətində görülmüş işlər nəticəsində 3266 ədəd yeni dəmir-beton dayaqlar əkilib. 148 km məsafədə 10 kv-luq hava xətti yenilənib, 0,4 kv-luq hava xəttində 7103 ədəd metal dayaq əkilərək 192,5 km hava xətti müxtəlif markalı SİP kabellə əvəz olunub, 88 ədəd müxtəlif güclü transformatorlar quraşdırılıb. Abonentlərə 144 ədəd yeni elektrik sayğacı quraşdırılıb, əhali tərəfindən istehlak olunmuş elektrik enerjisinin dəyəri 100,9 faiz ödənilib.

Əhalinin qaz təminatının yaxşılaşdırılması istiqamətində rayonda müəyyən işlər görülüb, Şıxbağı və Nəzəralılı kəndlərinin qazlaşdırılması başa çatdırılaraq hər iki kəndə mavi yanacaq verilib. Beləliklə rayonun 37 yaşayış məntəqəsinin qazlaşması başa çatıb. Şəhərin V.Rəhimov, M.Məhərrəmov, V.Alxasov, R.Kərimov, Ş.Şükürov, Z.Bəkirov küçələrində paylayıcı qaz xətləri yenilənib. Əhali tərəfindən istehlak olunmuş təbii qazın dəyəri 93,1 faiz ödənilib.

Əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədilə rayonun 15 və 27-ci məhəlləsində, H.Aslanov küçəsində və Təzəkənd kəndində su boru xətlərində təmir işləri aparılıb, abonentlərə 35 ədəd smart tipli su sayğacı quraşdırılıb, əhali sektorunda istehlak olunmuş suyun dəyəri 105,8 faiz ödənilib. “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli Sərəncamına uyğun olaraq rayonun Gəlmə kəndində 7, Salahlı kəndində 5, Dəkkəoba kəndində 5 ədəd bulaq tikilib istifadəyə verilib.

"Əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli Sərəncamında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamına əsasən, rayonun Şıxbağı, Ağabağı, Nəzəralılı, Lələağacı, Sarıqaya, Şəftəhal, Otmanoba, Siləyli, Kəndəbil, Hüseynxanlı, Burunlu, Allahqulubağı və Əlibəyli kəndlərində modul tipli su təmizləyici qurğuların quraşdırılması işləri başa çatdırılıb və qurğular istifadəyə verilib. Rayon ərazisində qurulmuş 33 modul tipli su təmizləyici qurğular vasitəsi ilə rayonun bütün yaşayış məntəqələri içməli su ilə təmin edilir.

Telekommunikasiya Qovşağı tərəfindən şəhərin H.Əliyev prospektində, Ə.Mamayev küçəsində, Qumlu yaşayış massivində, Çallı, Alıcanlı və Gəlmə kəndləri ərazisindəki rabitə xətlərində təmir işləri aparılıb. 131 yeni telefon, 841 yeni internet xətti çəkilərək əhalinin istifadəsinə verilib. Sürətli internet xidmətindən istifadə vəziyyətini yaxşılaşdırmaq istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində mərkəzi Elektron Avtomat Telefon Stansiyasında avadanlıqların montaj tutumu 3668-ə, internet xidməti istifadəçilərinin sayı 2863 nəfərə çatdırılıb. Telekommunikasiya Qovşağı üzrə göstərilən xidmətdən əldə olunan tarif gəliri proqnozuna 100,5 faiz əməl edilib. Zərdab Poçt filialı üzrə əhaliyə göstərilən xidmətdən əldə olunan tarif gəliri proqnozuna 99,5 faiz əməl edilib.

Hesabat dövründə sahibkarlığın inkişaf etdirilməsi tədbirləri davam etdirilib, müvafiq fəaliyyət növləri ilə məşğul olmaq üçün 12 hüquqi və 228 fiziki şəxs vergi orqanlarında qeydiyyatdan keçibr. Rayon iqtisadiyyatına yerli sahibkarlar

tərəfindən 1,4 milyon manatlıq investisiya qoyulub. Aşağı Seyidlər kəndində smeta dəyəri 1 milyon manata yaxın olan şadlıq evi istifadəyə verilib.

Dövlət əmlakının özəlləşdirilməsi istiqamətində rayon ərazisində tədbirlər davam etdirilib, kiçik dövlət müəssisəsi və obyektlərin özəlləşdirilməsindən 1606, özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satışından 14950, qeyri-yaşayış sahələrinin icarəyə verilməsindən əldə olunmuş vəsait dövlət büdcəsinə ödənilib. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Zərdab rayonunda 5 layihə üzrə 36 min manat kredit verilib, həmin layihələr üzrə 7 yeni iş yeri yaradılıb.

Sosial müdafiəyə ehtiyacı olan əhali qruplarının məşğulluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsi məqsədilə ölkə başçısının tapşırığına uyğun olaraq Kommunal Müəssisələri Kombinatı üzrə 160, çoxmənzilli binaların təmiri üçün “Qala-2017” MMC üzrə 30, ümumilikdə 190 nəfər müvəqqəti işlə təmin olunub. Rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamına əsasən 2018-ci ilin sentyabr ayında Zərdab rayon Mədəniyyət mərkəzində “Əmək yarmarkası” keçirilmiş, yarmarkaya 36 təşkilat üzrə 185 vakant yer çıxarılıb, 25 təşkilat üzrə 36 işə düzəltmə qeydə alınıb.

Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2018-ci il tarixli "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" sərəncamına uyğun olaraq rayonda özünüməşğulluq layihəsinə qoşulan ailələrin sayı 34-ə çatıb. Yeni iş yerlərinin açılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 2018-ci ildə rayonda 3 minə yaxın, o cümlədən 413 daimi iş yeri yaradılıb.

S.Mustafayev,

Bakı-Zərdab-Bakı