news Image
2019.05.29
10:25
| A A A
Radikalizmə qarşı mübarizədə avtobus turu

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) və PH International təşkilatının dəstəyilə reallaşan “Yerli İcmaların İmkanlarının artırılması Təşəbbüsləri” layihəsi çərçivəsində 23-25 may tarixində Azərbaycan bölgələrinə “Bura Sənindir” şüarı ilə avtobus turu təşkil edilib. Turda məqsəd radikalizmə və habelə radikal qruplara qarşı mübarizəni gücləndirilmək və bu sahədə əhalini maarifləndirilmək olub.

CESD-nin sədri Vüqar Bayramov görüşlərin məqsədi barədə icma üzvlərini məlumatlandırıb.

Millət vəkili Tahir Mirkişili isə çıxışında radikalizmə qarşı mübarizədə gənclərin roluna və eləcə də təhsil məsələlərinə xüsusi diqqət ayırıb.

İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Toğrul radikalizmə qaşı mübarizədə maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb. Sosial Strateji Araşdırmalar Mərkəzinin sədri İlqar Hüseynli isə fərqli ölkələrin təcrübəsi və eləcə də icmaların prosesdə rolu barədə ətraflı məlumat verib. Leqal Təşəbbüslər Mərkəzinin sədri Ziya Quliyev də icmaların bu prosesdə rolunun artırılması məsələlərinə toxunaraq gender məsələsinin nəzərə alınması vacibliyini bildirib.

Daha sonra hər bir görüşdə iştirakçıların fikirləri dinlənilib və onların sualları cavablandırılıb.