Əlaqə Arxiv
news Image
2019.07.19
08:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Makroiqtisadi sabitliyə təminat yaradan inkişaf strategiyası

Son illər Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin qayəsində məhz insan amili dayanmış, cənab İlham Əliyev xalq qarşısında verdiyi bütün vədlərə sadiq qalmaqla hər bir azərbaycanlının layiqli Prezidenti olduğunu təsdiqləmişdir. «Hər bir məmur xalqının xidmətçisi olmalıdır» - deyə hakimiyyəti xalqa layiqli xidmət vasitəsi kimi dəyərləndirən dövlət başçısı hökumətin mütəmadi olaraq xalq qarşısında hesabat verməsini, görülən işlər barədə ictimaiyyətin hərtərəfli məlumatlandırılmasını demokratik idarəetmənin zəruri tələbi kimi önə çəkmişdir. Dövlət başçısı ötən 15 ildə ayrı-ayrı dövlət məmurlarına etimad meyarını məhz onların fəaliyyətinə əsasən müəyyənləşdirmiş, ictimaiyyətin görülmüş işlər, qarşıda duran məqsədlər, həyata keçiriləcək layihələr barədə dolğun məlumatlandırılmasını zəruri saymışdır.

Respublikamızda son 15 ildə həyata keçirilən iqtisadi siyasətin əsasən sosialyönümlü mahiyyət daşıması bir sıra reallıqlarla şərtlənmiş, cəmiyyətin sosial sifarişini əks etdirmişdir. Aztəminatlı vətəndaşların sosial müdafiəsi, istehsalçı və istehlakçının maraqlarının uzlaşdırılması, bir sözlə, sosial-liberalizm xətti cənab İlham Əliyevin prezidentlik dövrünü səciyyələndirən prioritet istiqamətlərdən biri kimi diqqəti çəkir. Azərbaycanda yeni mülkiyyət formalarının yaranması, sahibkarlığın sürətli inkişafı, bazar münasibətləri şəraitində qiymətlərin optimallaşdırılması əhalinin sosial baxımdan nisbətən zəif təbəqəsinin maraqlarını inkar etmir. Hər bir islahatın bu təbəqənin maraqlarına vura biləcəyi cüzi ziyan belə təxirəsalınmaz sosial müdafiə tədbirləri hesabına kompensasiya edilir.

Hökumətin son 15 ildə həyata keçirdiyi bir çox layihələr məhz sosial mahiyyət kəsb etmişdir. Dəniz səviyyəsindən 3000 min metrədək hündürlükdə yerləşən Qubanın Xınalıq kəndinə yolun, sovetlər dövründən mavi yanacaq üzü görməyən Lerik və Yardımlıya qaz kəmərlərinin çəkilməsi, eləcə də Naxçıvanın davamlı olaraq elektrik enerjisi və qazla təmin olunması, Bakıya Oğuz-Qəbələ zonasından su kəmərinin çəkilməsi, rayonlarda yeni təhsil, səhiyyə, mədəniyyət, olimpiya-idman komplekslərinin tikintisi, qaçqın düşərgələrinin ləğvi – bütün bunlar Azərbaycan vətəndaşlarının firavan, rahat yaşamasına xidmət edən qlobal investisiya layihələrinin çox süzi qismidir.

Dünyada qlobal-iqtisadi böhranın müşahidə olunduğu və bu prosesin ölkəmizə də təsirsiz keçmədiyi bir şəraitdə Azərbaycan Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin iclasında demişdir: «Bu il sosial sahədə bir çox uğurlu layihələr icra edilmişdir. Qeyd etməliyəm ki, sosial infrastrukturun yaradılması prosesi gedir. Baxmayaraq, xərclərimiz təbii ki, azalır, ancaq biz sosial infrastrukturun yaradılmasına bu il də kifayət qədər böyük vəsait ayırmışıq…Bu da bizim niyyətimizi, siyasətimizi göstərir. Çünki dəfələrlə demişəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Buna görə, sosial sahə gələn il də prioritet sahə kimi diqqət mərkəzində olacaqdır».

Ötən illərdə qeyri-neft sektorunun ümumi daxil məhsuldakı çəkisinin artırılması, regionların tarazlı və davamlı inkişafı, yerlərdə yeni istehsal müəssisələrinin açılması, işsizlik probleminin aradan qaldırılması, əhalinin sosial rifahının gücləndirilməsi naminə bir sıra mühüm addımlar atılmışdır. İqtisadiyyatın liberallaşdırılması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, ölkədə əlverişli sahibkarlıq və biznes mühitinin

formalaşdırılması kimi vacib məqamlar cənab İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətləri sırasında xüsusi vurğulanmalıdır.

Dövlət başçısı İlham Əliyevin imzaladığı bir sıra dövlət proqramları, ilk növbədə, regionların tarazlı, davamlı inkişafını, onların potensialının bir-birinə kömək mexanizmi üzərində qurulmasını, qeyri-neft sektorunun möhkəmdirilməsini, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılmasını, infrastrukturun yeniləşdirilməsini təmin edən kompleks proqram sənədləri olmaqla yanaşı, bölgələrdə özəl sektorun və sahibkarlığın inkişafına xüsusi diqqət ayırmışdır. 2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən regional inkişaf proqramları bu baxımdan xüsusi əhəmiyyət kəsb etməklə, regionlarda intibah mərhələsinin əsasını qoymuş, sahibkarlığın yüksəlişinə zəmin yaratmışdır. Ümumilikdə, proqramların icrasına bütün mənbələr hesabına 50,7 milyard, o cümlədən birinci proqramın icrasına 16 milyard, ikinci proqramın icrasına 34,7 milyard manat vəsait yönəldilmişdir.

Ötən illərdə ölkədə uğurla həyata keçirilən siyasət eyni zamanda Azərbaycan üçün taleyüklü bir sıra layihələrin gerçəkləşməsini, respublikanın bütövlükdə Cənubi Qafqaz regionunda lokomotiv dövlətə çevrilməsini təmin etmişdir. Ümummilli lider Heydər Əliyevin böyük müdrikliklə irəli sürdüyü yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verilməsi nəticəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçısına çevrilmiş, ölkəmizin dünya üçün önəmi daha da artmışdır. Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi, habelə son dövrdən Azərbaycanın tranzit-kommunikasiya imkanlarının genişləndirilməsi, bununla bağlı rüsumların azaldılması istiqamətində həyata keçirilən tədbirlər heç bir ölkədən iqtisadi-enerji asılılığı olmayan Azərbaycanın Cənubi Qafqaz regionundakı aparıcı mövqeyini daha da möhkəmlənmişdir.

«Siyasətimizin əsasında Azərbaycan vətəndaşı dayanır» - deyən Azərbaycan Prezidenti cənab İlham Əliyev keyfiyyətcə yeni mərhələdə insan və vətəndaş mənafeyinə xidmət edən islahatların dərinləşdirilməsini də vacib sayır. Şübhəsiz, bu yanaşma respublikamızın qısa müddətdə həm də elektron xidmətlər sahəsində əldə etdiyi böyük uğurlara əsaslanır. Son illər korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində yaradılmış «ASAN xidmət» mərkəzləri qısa müddətdə ictimaiyyətin böyük inam və etimadını qazanaraq Azərbaycanın milli brendinə çevrilmişdir. Bu, dövlət idarəçiliyinə özəl sektorda geniş yayılmış «müştəri məmnunluğu» ideyasının geniş tətbiqinə, dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan vermişdir. Yeni, müasir, şəffaf və çevik xidmət növü vətəndaşların dövlətə olan inam və etimadını, güvənini daha da artırmaqla yanaşı, ölkə başçısının neqativ hallara qarşı mübarizədə prinsipial siyasi iradə nümayişinin bariz təcəssümü olmuş, respublikamızın beynəlxalq arenada nüfuzu daha da yüksəlmişdir. Azərbaycanın elmi innovasiyalar sahəsində qazandığı uğurlar yüksək dəyərləndirilir, habelə "ASAN xidmət" dünyada yeni və unikal model kimi səciyyələndirilir.

Ümumilikdə, son illər əksər region ölkələrini iflic duruma salan maliyyə böhranının mənfi təzahürlərinin dəf edilməsi istiqamətində atılan çevik addımlar inkişafın Azərbaycan modelinin dayanıqlılığını təsdiq edir. Son 4 ildə geosiyasi səbəblər üzündən neftin qiymətlərinin azalması, ortamüddətli dövrdə ölkə iqtisadiyyatına, habelə bank sektoruna neqativ psixoloji təsirlərin artması, xarici

iqtisadi mühitin pisləşməsi, dövlət və özəl sektorlarının gəlirlərinin – işgüzar-maddi fəallığın səngiməsi fonunda maliyyə-bank sektorunun dayanıqlılığının qorunub saxlanılması zərurəti hökumət qarşısında bir sıra çağırışları aktuallaşdırmışdır.

Ölkə başçısının müəyyənləşdirdiyi vəzifələrə müvafiq olaraq gələn il qeyri-neft sektorunun büdcə gəlirlərində xüsusi çəkisinin artırılması, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin tədricən azaldılması, iqtisadiyyatın müxtəlif sahələrində vergi və gömrük ödənişlərinin optimallaşdırılması, eyni zamanda, iaşədə, ticarətdə və inşaat sektorunda tətbiq edilən güzəştlərin sadələşdirilməsi, bununla da sahibkarlığın fəallığının stimullaşdırılması, dövlət büdcəsinə hesablanmış vergilərin yığım faizinin artırılması əsas prioritetlər sırasındadır. Bundan başqa, müdafiə olunan və onlara bərabər tutulan xərclər istisna olunmaqla, prioritetlik daşımayan xərclər üzrə, eləcə də büdcə təşkilatlarında israfçılığa qarşı sərt qənaət rejiminin tətbiqi, sosialyönümlü xərclərin vaxtı-vaxtında maliyyələşdirilməsi təmin edilir.

Son illərdə bazarın haqsız rəqabətdən, inhisardan azad olunması istiqamətində addımların atılması, sahibkarlığın inkişafına mane olan bürokratik amillərin aradan qaldırılması, iş adamlarının pozulmuş hüquqlarının bərpası, dövlət idarəçiliyinin müasirləşdirilməsi, özəl sektor üçün problemlər yaradan bəzi dövlət qurumlarının ləğvi ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü iqtisadi siyasətin mahiyyətindən irəli gəlir. Nazirlər Kabinetinin 2019-cu ilin I rübünün sosial-iqtisadi inkişafına həsr olunmuş iclasından sonra ölkə başçısı tərəfindən atılan qətiyyətli addımlarla sahibkarlıq fəaliyyəti üsün xüsusi lisenziyaların alınması prosesinin asanlaşdırılması, sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması, Vergi Məcəlləsində mütərəqqi dəyişikliklərin edilməsi sahibkarlığın inkişafına əməli dəstəkdir.

Samir Mustafayev

Sizin Reklam Yeriniz