news Image
2019.08.09
13:45
| A A A
AVMA-dan mühüm addım –onlar yay düşərgəsi sahəsindəki boşluğu doldurdular

"Azərbaycan Valideyn-Müəllim Assosiasiyası"nın (VMA) "Məktəb ailəsi" təlim istirahət düşərgəsi layihəsi çərçivəsində həyata keçirdiyi işlər müvəffəqiyyətlə başa çatıb. Layihə çərçivəsində Azərbaycanın 3 rayonu-Astara, İsmayıllı, Quba üzrə 82 nəfəri əhatə edən səfər turları həyata keçirilib. Bu turlar çərçivəsində səfər iştirakçıları Azərbaycanın görməli, mədəni-tarixi abidələrilə tanış oldular. Digər tərəfdən, layihə çərçivəsində keçirilən görüşlər nəticəsində təhsil iştirakçıları-valideynlər, müəllimlər, şagirdlər, ekspert və media nümayəndələrinin iştirakı ilə təhsilin aktual problemlərinə dair maraqlı müzakirələr aparıldı və onlardan irəli gələn problemlər üzrə yeni təkliflər irəli sürüldü. Habelə əhalini, təhsil iştirakçılarını narahat edən problemlər üzrə çoxsaylı suallara aydınlıq gətirildi.  Layihənin icrası fonunda yeni, perspektivli və isgüzar əməkdaşlıq əlaqələri formalaşdı. Keçirilən görüş və əlaqələr Dövlət İmtahan Mərkəzinin yerli regional bölmələrinin əhalini narahat edən sualları cavablandırması, imtahan və digər problemlərlə bağlı məlumatlandırma və DİM-lə əməkdaşlığın yeni mərhələyə daxil olmasına şərait yaratdı.

Qarşıdakı dövrdə əlavə olaraq layihə iştirakçılarının öz təşəbbüsü əsasında avqustun ikinci yarısında Qəbələ, Qax  və Oguz rayonlarına da səfərlər planlaşdırılır.

Layihə göstərdi ki, belə təsəbbüslərin dəstəklənməsinə, müasir tipli yay düşərgələrinin yaradılmasına ciddi ehtiyac var.

 

Sevda KƏRİMOVA