Əlaqə Arxiv
news Image
2020.06.01
08:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Yeni regional proqram bölgələrin inkişafına təkan verib

Azərbaycanın hazırkı dinamik tərəqqisində son 16 ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları müstəsna əhəmiyyətə malikdir. Neft-qaz gəlirlərindən səmərəli istifadə yolu ilə regional tarazlığın təmin edilməsinə təkan verən regional inkişaf üzrə dövlət proqramları əhalinin işgüzar fəallığının artmasına, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsinə, infrastruktur layihələrinin həyata keçirilməsinə, beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli, ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına səbəb olub.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının yekunlarına həsr olunmuş konfransda bölgələrin inkişafı üçün dördüncü dövlət proqramının da hazırlandığını diqqətə çatdırıb. Ötən illərdə görülən tədbirlərə rəğmən, əlavə dəyərin formalaşdırılmasına özünü göstərən fərq sayca dördüncü Dövlət Proqramının qəbulunu da zəruri edib. Azərbaycan Prezidentinin 2019-cu il 29 yanvar tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” qarşıdakı illərdə bölgələrin inkişafında yeni təkan verib.

Yeni Proqramın icrasının birinci ildönümü ilə bağlı bağlı keçirilən konfransda Azərbaycan Prezidenti İlham Əliyev qazanılan nailiyyətləri xüsusi diqqətə çəkib: "Bütün bunlar bir daha onu göstərir ki, bizim siyasətimizdə əsas məqsəd dövlətimizin möhkəmlənməsi, xalqımızın daha yaxşı yaşaması, sabitliyin təmin edilməsidir. Biz bütün bu məqsədlərə çatırıq. Keçən il əldə edilmiş iqtisadi və sosial nailiyyətlər bunu bir daha təsdiqləyir. İqtisadiyyatımız 2,2 faiz artmışdır. Hesab edirəm ki, bu, yaxşı nəticədir. Neftin qiyməti sabitdir, ancaq Azərbaycanda neft hasilatı bir qədər aşağı düşüb. Ümumi daxili məhsulun 2,2 faiz artması, hesab edirəm ki, yaxşı nəticədir. Xüsusilə nəzərə alsaq ki, qeyri-neft sektorunda artım 3,5 faizdir. Sənaye istehsalı 1,5 faiz artıb. Bunun da səbəbi məhz neftin hasilatı ilə bağlıdır. Ancaq bizim əsas prioritetimiz olan qeyri-neft sektoru 14 faizdən çox artıb. Burada, əlbəttə ki, keçən il istismara verilmiş nəhəng sənaye müəssisələrinin fəaliyyətə başlaması, eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması xüsusi rol oynayıb".

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidentinin 2004-cü il 11 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)” əsas məqsədi qeyri-neft sektorunun davamlı inkişafı, ölkə regionlarının tarazlı inkişafının təmin edilməsi, regionlarda kommunal xidmət və sosial infrastruktur təminatının yaxşılaşdırılması, yeni iş yerlərinin və müəssisələrin yaradılması yolu ilə əhalinin məşğulluq səviyyəsinin artırılması, həyat səviyyəsinin yüksəldilməsi olub. Dövlət Proqramının uğurlu icrası regionların inkişafında yeni mərhələnin yaranmasına səbəb olmuş, formalaşmış əlverişli iqtisadi mühit ölkənin sosial-iqtisadi inkişafı sahəsində başlanmış tədbirlərin davam etdirilməsi zərurətini yaradıb. 2004-cü ildən başlanmış tədbirlərin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidentinin

2009-cu il 14 aprel tarixli fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilib.

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində yüksək artım əldə edilmiş, sosial-iqtisadi inkişaf sahəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi əhalinin həyat səviyyəsinin yüksəlməsində mühüm rol oynayıb. Regional inkişaf üzrə hər iki dövlət proqramlarının icrası dövründə bütün iqtisadi rayonlara daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə 240 sərəncam imzalanıb.

Ümumilikdə, ötən 2004-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən siyasət ölkənin makroiqtisadi göstəricilərinin sürətlə yaxşılaşmasına səbəb olub, ümumi daxili məhsul (ÜDM) 3,2 dəfə, adambaşına ÜDM-in həcmi 2,8 dəfə, qeyri-neft sektoru 2,6 dəfə artıb, ölkədə orta illik iqtisadi artım 12,9 faiz təşkil edib.

Bundan əlavə, daxili investisiyalar 14,6 dəfə, qeyri-neft sektoruna investisiyalar 12,9 dəfə artıb, regionlara bütün mənbələr hesabına 50,7 milyard manat vəsait yönəldilib. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,9 milyon yeni iş yeri açılıb, 60 minə yaxın yeni müəssisə yaradılıb, habelə yeni açılmış iş yerlərinin 80 faizə yaxını regionların payına düşüb.

Ölkə başçısının 27 fevral 2014-cü il tarixli müvafiq fərmanı ilə «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın təsdiq edilməsi regionların inkişafı sahəsində 2004-cü ildən başlanmış tədbirlərin uğurlu davamına təminat yaradıb. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasında, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, nəticədə əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayıb.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası və regionların inkişafı istiqamətində tədbirlərin davam etdirilməsidir. Dövlət Proqramında müəyyən edilmiş məqsədə nail olmaq üçün regionlarda infrastruktur təminatının, o cümlədən əhalinin kommunal xidmətlərlə təminatının daha da yaxşılaşdırılması, ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalı istiqamətində sahibkarlığın inkişafının sürətləndirilməsi, əhalinin, xüsusilə kənd əhalisinin məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun səviyyəsinin azaldılması kimi mühüm vəzifələr nəzərtə tutulub.

Qarşıdakı dövrdə investisiyaların tələb olunan həcm və keyfiyyətinin təmin edilməsi məqsədilə əlverişli investisiya mühitinin yaradılması qarşıda duran əsas vəzifələrdən hesab edilir. Bu məqsədlə 2014-2018-ci illərdə dövlətin investisiya siyasətinin əsas istiqamətlərini investisiyaların qeyri-neft sektorunun və regionların inkişafına yönəldilməsi; ölkədə investisiya fəaliyyətinin sosial istiqamətinin daha da gücləndirilməsi; insan kapitalına, infrastruktura qoyulan investisiyaların prioritetliyinin təmin edilməsi; nanotexnologiyalar və azkarbonlu istehsal sahəsinə

dövlət investisiyalarının qoyuluşunun artırılması; iqtisadiyyatın prioritet sahələrinə, o cümlədən ixracyönümlü və əlavə dəyərin xüsusi çəkisi yüksək olan sahələrə yerli və xarici investisiyaların cəlb edilməsi məqsədilə stimullaşdırıcı tədbirlərin sürətləndirilməsi; yaradılmaqda olan sənaye parklarına yerli və xarici investisiyaların cəlb edilməsi məsələləri diqqət mərkəzində saxlanılıb.

2014-2018-ci illərdə orta illik inflyasiya tempinin və milli valyutanın məzənnəsinin məqbul səviyyədə saxlanılması; vergi və gömrük dərəcələrinin optimal həddə müəyyənləşdirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarının stimullaşdırılması tədbirlərinin davam etdirilməsi; taxıl istehsalının artırılması və rəqabət qabiliyyətinin gücləndirilməsi, istehsalçıların ixrac yönümlü fəaliyyətinin stimullaşdırılması; ümumi daxili məhsulda qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin xüsusi çəkisinin yüksəldilməsi və digər məsələlər diqqət mərkəzində olub.

Ümumilikdə, yeni yeni proqramın həyata keçirilməsi ilə ölkə əhalisinin həyat səviyyəsi yaxşılaşmış, yoxsulluğun və işsizliyin minimum azalması, ölkədə orta təbəqənin xüsusi çəkisinin artması mümkün olub, əhaliyə göstərilən sosial xidmətlərin məzmunu müasirləşdirilməklə keyfiyyəti artırılıb.

2014-2018-ci illəri əhatə edən proqram çərçivəsində ölkə başçısı 2014-2017-ci illərdə bölgələrə 50-dək səfər edib. 200-ə qədər müxtəlif təyinatlı infrastruktur obyektlərinin, yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirak edib.

Ümumilikdə, sonuncu proqramın reallaşdırılması ilə bağlı son 4 ildə regionların inkişafına bütün mənbələr hesabına 10 milyard manatdan çox vəsait yönəldilib. Regional inkişafın nəticəsidir ki, 2018-ci ilin dövlət büdcəsində 34 rayonun dotasiya almadan, öz daxili imkanları hesabına maliyyələşdirilməsi nəzərdə tutulub.

Samir Mustafayev

Sizin Reklam Yeriniz