Əlaqə Arxiv
news Image
2020.08.28
12:03
| A A A
Bank 25 manat qazanmaq kampaniyasının müddətini uzadıb

 

“Kapital Bank”ın 1 milyondan artıq yüklənən, ölkənin ən məşhur tətbiqi olan “BirBank” mobil tətbiqində “Kapital Bank”ın “Visa” kartları ilə ödəniş edərək, keşbek qazanmaq mümkün olub. Bu aksiya “Kapital Bank”ın “Visa International” şirkəti ilə tərəfdaşlığı çərçivəsində təqdim olunub. Avqustun 10-da bitən kampaniyanın müddəti sentyabrın 10-dək uzadılıb. Şərtlərə görə, “Visa” kartları ilə hər biri minimum 5 manat olmaqla 10 ədəd təmassız ödəniş edən müştərilər 25 manat keşbek qazana bilirlər. Kampaniya müddətində hər “Visa” kart sahibi ay ərzində 1 dəfə kampaniyadan yararlanıb, qeyd olunan məbləği qazana bilər. 

Android istifadəçiləri “Kapital Bank”ın “BirBank” mobil əlavəsi vasitəsilə NFC ödənişlər üçün hər hansı bir “Kapital Bank”ın “Visa” kartını təyin edib, telefonu POS-terminala yaxınlaşdırıb ödəniş edə bilərlər.

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan “BirBank” tətbiqinin 1 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri var: rahat qeydiyyat, yerinde digital kartın aktivləşdirilməsi, NFC odənişlər, bonuslarin toplanılması və s. Ətraflı məlumat üçün “www.birbank.az” saytına və ya “196” Məlumat Mərkəzinə müraciət etmək olar.

Sizin Reklam Yeriniz