news Image
2013.12.24
08:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Gəncədə ən müasir tələblərə uyğun sosial infrastruktur yaradılır

Ölkə regionlarının dinamiktərəqqisinə yol açan məlum dövlət proqramlarının əsas nəticələrindən biri də bölgələrdə ən müasir tələblərə uyğun sosialinfrastrukturun yaradılması oldu. Bunu indi siması gündən-günə gözəlləşən müasir Gəncənin timsalında da aydın görmək olar. Gəncənin sürətlə yeniləşməsini elə şəhərin girişindəcə aydın görmək mümkündür. Şəhərə daxil olduqda insanı valeh edən məqam elə möhtəşəm giriş qapılarıdır. Qeyd edək ki, Gəncənin iki hissəli giriş qapısı var və burada qırmızı rəngdə gözəl qala divarları ucaldılıb.

Gəncə qapıları ilə Nizami məqbərəsi arasında olan 2.6 km məsafədə, yolun sağ tərəfində Şeyx Nizaminin əsərlərindən nümunələrin əks olunduğu abidə kompleksi yaradılıb. Yolun sol hissəsini isə yaşıllıq zolaqları və fəvvarələr bəzəyir.

Şəhərə daxil olduqca yenə qırmızı kərpicdən ucaldılan yolboyu divarlar və hamar asfalt yollar da insanda gözəl təəssürat doğurur. Ümumiyyətlə, müasir Gəncənin hər bir hissəsində yeniliyin və novatorluğun şahidi olmaq olar. Bu isə ondan xəbər verir ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı 2009-2013-cü illəri əhatə edən ikinci Dövlət Proqramı da ölkənin digər bölgələrində olduğu kimi, Gəncədə uğurla icra edilib. Proqramın həyata keçirilməsi istiqamətində görülmüş işlər bu şəhərin də sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyub, qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verib.

Bu gün də ölkə Prezidenti İlham Əliyevin sürətli tərəqqiyə xidmət edən məqsədyönlü siyasəti sayəsində bütün regionlarda olduğu kimi, Gəncə şəhərində də sosial və iqtisadi sahədə qazanılan uğurlar davamlı şəkildə artır. Görülən işlər nəticəsində isə cari ildə də bir sıra sosial yönümlü obyektlər istifadəyə verilib. Məsələn, ulu öndərin adını daşıyan parkda nadir, möhtəşəm memarlıq abidəsi olan Heydər Əliyev Mərkəzinin, burada həmçinin Müasir İncəsənət Muzeyi, Gənclər Mərkəzi, 3800 yerlik "Amfiteatr", "Şəlalələr" Kompleksi, "Zəfər Tağı" ının inşası başa çatdırılıb. Nizami Gəncəvi Muzeyinin, Uşaq Yaradıcılıq və Məhsəti Gəncəvi Mərkəzlərinin tikintisi də başa çatdırılan obyektlər sırasındadır. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşların Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində Gəncə şəhərində fəaliyyət göstərəcək "ASAN" Xidmət Mərkəzinin tikintisi yekunlaşıb. Mərkəz şəffaflığın artırılmasına, vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalmasına, elektron xidmətlərdən daha geniş istifadə edilməsinə xidmət edir. Baş Pasport Qeydiyyatı və Miqrasiya İdarəsinin Regional Mərkəzi artıq istifadəyə verilib. Burada Qərb regionu üzrə 11 rayon və şəhərin 1 milyondan çox vətəndaşına xidmət göstərilməsi üçün imkan var. Bu mərkəzdə gün ərzində 300-dən çox vətəndaşın qəbul edilməsi üçün şərait yaradılıb.

Atatürk prospektində 3,3 hektar ərazidə ümumi yaşayış sahəsi 32 min 819 kv metr olan 4 ədəd 7 mərtəbəli, 2 ədəd 5 mərtəbəli yaşayış binasının inşası davam etdirilir. Xətai prospektində ümumi sahəsi 9 min kvadratmetr olan 8 mərtəbəli "AURA PARK" Ticarət və Əyləncə Mərkəzi, Tağı Arani küçəsində yerləşən ümumi sahəsi 1 min 140 kvadratmetr olan 2 mərtəbəli "Cold İmperial" Əyləncə mərkəzi istifadəyə verilib, burada əhalinin asudə vaxtının səmərəli keçirilməsi üçün hər cür müasir şərait yaradılıb.

Görülən işlər sayəsində Əttarlar küçəsində yerləşən 86, 96, 109, 113, 116, 125, 133 ünvanlarda, həmçinin Ozan küçəsi ilə Təbriz küçəsinin kəsişməsindəki fərdi yaşayış evinin, Atatürk prospekti, 254 və 281 №-li evlərinin, Ə.Əşrəfzadə küçəsində Hərbi hospitalın və Veteranlar küçəsində Gəncə Hərbi Məhkəmənin, H.Əliyev küçəsi ilə Atatürk prospektinin kəsişməsində yerləşən qədim binaların fasadlarında təmir-bərpa işləri başa çatdırılıb. Son bir ildə 92 fərdi ev, ondan 69-u Nizami prospektində, 23-ü Ş.İ.Xətai prospektində inşa edilib. Həmin prospektlərdə yollar genişləndirilib. Regionların sosial-iqtisadi inkişafı II Dövlət Proqramı çərçivəsində Gəncəçay çayının şəhər ərazisindən keçən hissəsində sahilboyu bərkitmə işlərinin aparılması və çayın məcrasının yenidənqurulması da böyük məmnunluqla qarşılanır. Sahil boyu park salınır, mövcud parklar yenidən qurulur, sosial obyektlər inşa edilir.

Şəhərdə yol infrastrukturunun təkmilləşdirilməsi, əhalinin rahatlığı və təhlükəsizliyinin təmin edilməsi istiqamətində aparılan mühüm işlər bu ildə də davam etdirilib.

Sakinləri narahat edən mənzil-məişət problemləri istiqamətində irimiqyaslı tədbirlər görülərək qısa müddət ərzində yaşayış binalarının dam örtükləri əsaslı təmir olunur, həyətyanı sahələr abadlaşdırılır, lift təsərrüfatı yenidən qurulur. Bu ilin ilk üç rübündə mənzil fonduna məxsus 250-ə yaxın yüksəkmərtəbəli binanın dam örtüyü dəyişdirilib və bu işlər hazırda da davam etdirilir. Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də müvafiq tədbirlər görülür. Əhalinin asudə vaxtının və istirahətinin səmərəli təmin edilməsi üçün Əziz Əliyev, "İstiqlal", Eminbəyli, M.Ş.Vazeh, Məhəmməd Hadi və digər parklarda yenidənqurma, abadlıq, təmir və tikinti işləri həyata keçirilib. Fikrət Əmirov adına parkın ikinci hissəsində geniş abadlıq-quruculuq işləri aparılaraq əhalinin istifadəsinə verilib.

Sosial-iqtisai tərəqqi göstəriciləri də olduqca yüksəkdir. Məsələn, 2013-cü ilin 9 ayında şəhərdə istehsal edilmiş ümumi məhsul buraxılışı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,1 faiz artaraq, müqayisəli qiymətlərdə 495,2 milyon manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Sənaye sahəsi öz dinamik inkişafı ilə seçilib. Bu ilin ilk 9 ayı ərzində istehlakçılara bütün sənaye məmulatları üzrə 8,1 faiz çox məhsul göndərilib, xidmətlər göstərilib. Ümumi istehsalın 88,7 faizi sənaye məhsulu istehsalının, 11,3 faizi sənaye xarakterli xidmətlərin hesabına yaranıb.

Ölkə Prezidenti İlham Əliyevin "Azərbaycan Polad İstehsal Kompleksinin yaradılması haqqında" 2013-cü il 23 aprel Sərəncamı ilə Gəncə şəhərinin və Daşkəsən rayonunun ərazilərində dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edən Polad istehsalı kompleksi yaradılması prosesi Gəncənin daha böyük uğurlara imza atmasını şərtləndirəcək. Bu, minlərlə yeni iş yerlərinin yaradılması deməkdir. Məlumdur ki, "Gəncə DET.AL" Alüminium MMC-nin Alüminium zavodunda metaltökmə və fasiləsiz yayma, həmçinin təzyiqlə yayma və boyama istehsal sahələri tam hazır vəziyyətə gətirilib və sınaq məhsulları istehsal edilir. Bu sahələrin istismara verilməsi ilə əlavə olaraq 200 nəfərdən çox işlə təmin edilib. "Gəncə-Qənnadı" ASC-nin Süd emalı zavodunda texnoloji prosesin və quraşdırılmış avadanlıqların tam işçi vəziyyətinə gətirilməsi işləri aparılır. Müəssisənin inzibati binasında, həmçinin istehsalat sahəsində yenidənqurma və təmir işləri sürətləndirilib. "Elba" Kəsim və Emal Fabrikası" MMC-nin tikintisi davam etdirilir. Burada iri və xırda buynuzlu mal-qaranın avtomatlaşdırılmış üsulla kəsimi ilə yanaşı, quş kəsimi də həyata keçirilməsi yeni uğurların göstəricisidir. "Gəncə Əlvan Metal emalı" ASC-də neft sənayesinin tələbatına uyğun olaraq dərin özlüklərin, estakadaların korroziyadan qorunması məqsədi ilə alüminium əsaslı protektorlardan başqa maqnezium əsaslı, daha mürəkkəb, daha keyfiyyətli protektorların istehsalına başlanılıb. Bununla yanaşı, digər çeşiddə, növdə məhsul istehsalı üçün işlər görülür.

Müdafiə Sənayesi Nazirliyinin Maşınqayırma zavodunda "Palıd-G", digər iki istehsal və köməkçi sahələri, həmçinin, inzibati bina tam hazır vəziyyətə gətirilib. Müəssisədaxili ərazi abadlaşdırılıb, yaşıllıq sahələri yaradılıb. "Gəncə-Dəyirman" MMC-də buğda ehtiyatını əldə etmək üçün hər biri 5 min ton olan 2 ədəd taxıl çəni və aidiyyəti qurğular quraşdırılıb istifadəyə verilib, taxıl ehtiyatının ümumi həcmi 17 min tondan 27 min tona çatdırılıb. "Gəncə Aviaekologiya" MMC-də gündəlik istehsal olunan kərpic sayının 20 min ədədə çatdırılması, məhsulun maya dəyərinin aşağı salınması məqsədilə ilin əvvəlindən aparılan yenidənqurma işləri davam etdirilir. Bütün bunlar şəhərin dinamik tərəqqisinin real göstəriciləri kimi çıxış edir.

R.BAYRAMOV

(ardı var)

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs