news Image
2012.04.24
13:52
| A A A
LAYİHƏNİN ADI: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
İsmayıllıda infrastruktur layihələri uğurla icra edilir

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində ötən il İsmayıllı rayonunda infrastruktur layihələri uğurla həyata keçirilib. Prezident İlham Əliyevin sərəncamı ilə İvanovka zonasına içməli su çəkmək üçün ayrılmış 3,5 milyon vəsaitə uyğun layihə hazırlanıb, işə başlanılıb və 2011-ci ildə istifadəyə verilib. İlin dördüncü rübündə yeni su kəmərinin Ruşan, İvanovka, Hacıhətəmli və Mollaisaqlı kəndlərində təntənəli açılışı olub. İvanovka zonasındakı 9 kəndin sakinləri dövlət başçısınını qayğı nəticəsində hazırda içməli sudan istifadə edirlər.

Azərbaycan Prezidenti İlham Əliyevin sosial siyasətində Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və digər imtiyazlı insanlara qayğı əsas yer tutur. 2011-ci ildə bu kateqoriyadan olan insanlar üçün İsmayıllıda 36 mənzilli yaşayış binası, 2 fərdi ev tikilib istifadəyə verilib. Lahıc qəsəbəsində daha 2 fərdi evin inşası davam etdirilir. Rayon ərazisində müəyyən edilmiş proqram əsasında tikinti, quruculuq, abadlıq, müasirləşmə və yeniləşmə işləri davam etdirilib. 2011-ci ildə Soltankənd kəndində 180 şagird yeri, təlimin və pedaqoji əməyin təşkili üçün hər cür şəraiti olan məktəb tikilib istifadəyə verilib. Aşıqbayramlı məktəbinin binası əsaslı təmir olunub, Kürdeldarbəyli, Sərdahar və Talış kəndlərinin hər birində 80 yerlik məktəb binalarında inşaat işləri davam etdirilib. Şəhər 1 saylı orta məktəbin həyətində rayon İcra Hakimiyyətinin sifarişi ilə mini futbol meydançası quraşdırılıb. Lahıc qəsəbəsi və İvanovka kəndində sahə xəstəxanalarının, Topçu və Tircan kəndlərində isə həkim məntəqələrinin inşasına başlanması da 2011-ci ilin nailiyyətlərindən hesab edilməlidir.

İsmayıllı Rayon İcra Hakimiyyəti yeni infrastruktur layihələrinin icrasında yalnız büdcədə nəzərdə tutulmuş vəsaitlə kifayətlənmir, qeyri-hökumət təşkilatları, beynəlxalq maliyyə qurumları, iş adamları ilə işgüzar əlaqələr yaradır. Bunun nəticəsidir ki, ötən il Mollaisaqlı və Hacıhətəmli kəndlərində həyətlərə kənd investisiya layihəsi əsasında su çəkilib. Bir neçə kənddə daxili yollara kənd investisiya layihəsi əsasında çınqıl döşənib. Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə şəhər ərazisində 2 artezian quyusu qazılıb və Yaponiyanın Azərbaycandakı şəfirinin iştirakı ilə istifadəyə verilib. Quşencə kəndində həmin istiqamətli layihə əsasında uşaq bağçası üçün yeni bina tikilib.

Respublika iqtisadiyyatının ildən-ilə güclənməsi rayon büdcəsinə də öz müsbət təsirini göstərib. 2011-ci ildə rayonun illik yerli gəlirləri 18 milyon 451 min 857 manata qarşı 17 milyon 720 min 712 manat olub. Büdcə gəlirlərinin icrası 96 faiz təşkil edib. Yerli gəlir və xərcləri tənzimləmək üçün büdcələr arasında ayrılan vəsait 88 faiz icra edilməklə 12 faiz kəsirdə qalıb. Yerli mənbələrdən daxilolmalar 3 milyon 114 min manata qarşı 4 milyon 202 min manat, yaxud 1 milyon 88 min manat çox olub və bu da 135 faiz təşkil edib. Fiziki şəxslərdən gəlir vergisi 22 faiz, müəssisə, birlik, təşkilatların mənfəətindən vergi proqnozu 76 faiz, hüquqi şəxslərdən torpaq vergisi 52 faiz, hüquqi şəxslərdən əmlak vergisi 1 faiz, əlavə dəyər vergisi 59 faiz, sadələşdirilmiş sistem üzrə vergi proqnozu 2 faiz, aksiz vergisi üzrə 18 faiz nəzərdə tutulduğundan artıq icra edilib. 2011-ci ildə ilik məxaric proqnozu 18 milyon 451 min 857 manata qarşı 17 milyon 245 min 244 manat, 1 milyon 206 min 613 manat kəsrlə yerinə yetirilib.

2011-ci ildə rayon büdcəsi gəlirlər üzrə 18 milyon 451 min 857 manata qarşı 17 milyon 720 min 712 manat olub. Büdcə gəlirlərinin icrası 96 faiz təşkil edib. Yerli büdcə xərcləri 93 faiz icra edilməklə 7 faiz kəsirdə qalıb. Hesabat dövründə ümumi məhsul buraxılışı 400 milyon 370 min manat olub.

Kənd təsərrüfatı məhsullarının həcmi isə daha çox - 119 faiz təşkil edir. Əsas kapitala hesabat ilində 33 milyon 400 min manat investisiya qoyulub. Əsas fondların istifadəyə verilməsi də əhəmiyyətli dərəcədə artıb. Pərakəndə əmtəə dövriyyəsi 2010-cu ildəki 62 milyon 62 min manatdan artaraq 72 milyon 140 min manata çatıb. Ölkədə davamlı olaraq gedən pensiya islahatının uğurlu nəticələrini İsmayıllı rayonunun da timsalında aydın görmək olar. 2010-cu ildə orta aylıq pensiya 99 manat idisə, 2011-ci ildə 131 manat olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci ili "Turizm ili" elan etməsi ilə əlaqədar işdi. Bu münasibətlə rayonda genişmiqyaslı işlər görülüb, ardıcıl və sistemli tədbirlər həyata keçirilib. Nizami küçəsində fiziki şəxs tərəfindən "Çıraq otel" tikilərək istifadəyə verilib. Rayon ərazisində turizm istirahət mərkəzlərinin sayı 22-yə çatıb. 2011-ci ildə rayona 59500 nəfər turist gəlib.

Özəl sektorun, sahibkarlıq fəaliyyətinin inkişafı cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyi iqtisadi siyasətin əsas istiqamətidir. Buna istinad edən rayon rəhbərliyi sahibkarlığın inkişafı üçün münbit şərait yaradıb. Turizm və istirahət mərkəzlərinin tikintisində və onların fəaliyyətinin təşkilində bu hal özünü daha qabarıq göstərir. "Qala divarları"nın davamı olaraq "Aksesbank" binasının və milli memarlıq üslubunda sahibkarlıq obyektlərinin tikintisi də yaradılan şəraitin nəticəsidir. Çörəkbişirmə, üzümçülük, şərabçılıq, arıçılıq, meyvəçilik, taxılçılıq yönümlü sahibkarlıq fəaliyyəti daha sürətlə inkişaf edir. Kənd təsərrüfatı istehsalının təşkili və idarə olunması sahəsi təkmilləşdikcə, əldə olunan nəticələr də yüksəlir.

2011-ci ildə kənd təsərrüfatı istehsalının ümumi həcmi 58 milyon 692 min manat təşkil edib və bu da 2010-cu ildəkindən 9 milyon 298 min manat çoxdur. Ötən il 5 min 51 ton diri çəkidə ət, 385 ton yun, 33 min 709 ton süd, 7 min 711 ton meyvə, 6242 ton kartof istehsal olunub. 2011-ci ildə sahələrdən 47 min 517 ton buğda, 9 min 639 ton arpa götürülüb. Taxılın məhsuldarlığı hektardan 20,1 sentner olub və bu da 2010-cu ildəkindən 4 sentner çoxdur. Qeyd olunan göstəricilər 2010-cu ilin nəticələri ilə müqayisədə 15-20 faiz çoxdur. Kənd təsərrüfatı istehsalına dövlət qayğısı, bu sahəyə rəhbərliyin təkmilləşdirilməsi məhsuldarlığın yüksəlməsi üçün möhkəm zəmin yaradır.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayonun elektrik şəbəkəsinin yenidən qurulması, İsmayıllı şəhəri və rayonun yaşayış məntəqələrinin qaz təchizatının yaxşılaşdırılması, bir sıra ictimai binaların istilik təchizatı sisteminin bərpası və yenidən qurulması, şəhərin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması nəzərdə tutulub.

Ötən il əhaliyə göstərilən kommunal xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması şəhərin və digər yaşayış məntəqələrinin təmiz saxlanması, yaşıllıqların qorunması və inkişaf etdirilməsi, antisanitariyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi yaşayış binalarının cari və əsaslı təmiri üçün rayon Kommunal Müəssisələri Kombinatı və Mənzil İstismar sahəsi əsaslı işlər görüb, tədbirlər həyata keçirib. Bu sahəyə 1 milyon 789 min 723 manat vəsait ayrılıb və səmərəli xərclənməsi təmin edilib. Kommunal xidmətlərin keyfiyyətcə yaxşılaşmasının nəticəsidir ki, şəhər simasını tamam dəyişib, mənzillərdə rahatlıq yaranıb.

Son illər İsmayıllıda istilik təchizatı sisteminin bərpası, yenidən qurulması işi davam etdirilib, istilik sistemləri quraşdırılıb. Yeni tikilmiş, əsaslı təmir aparılmış məktəblərdə, RİH, təhsil və mədəniyyət şöbələrinin, mərkəzi xəstəxananın yerləşdiyi binalarda, əlillər və şəhid ailələri üçün tikilmiş yaşayış evlərində və digər binalarda modul tipli qazanxanalar quraşdırılıb.

İnsan həyatı və ailələrin məişət şəraitinin yaxşılaşması üçün qaz və elektrik enerjisi təchizatının əvəzsiz əhəmiyyəti vardır. İşə bu əsasda yanaşan qaz istismar sahəsi və rayon elektrik şəbəkəsi baş idarələrinin və rayon icra hakimiyyətinin yaxından köməyi ilə işdə əsaslı dönüş yaradıblar. 2011-ci ildə şəhərin Cavanşir, Əlağa Vahid, İsrayıl Həsənov, Nizami, Natiq Səmədov, Mİrcəlal Paşayev, Zeynalabdin Tağıyev, Babadağ və Sabir küşələrində yeraltı qaz kəmərləri yenidən çəkilərək yerüstü sahəyə çıxarılıb. Yeniyol və Hapıtlı kəndlərinə, Aşıqbayramlı və Kürdmaşı kəndlərində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin evlərinə 6 min metr qaz xətti çəkilib, məişət qaz sayğacları quraşdırılıb və qaz verilişi bərpa olunub. Yeniyol kəndində yeni massivdəki 39 evə qaz çəkilib, Sabir, Natiq Səmədov küçələrində və İsmayıllı kəndində polietilen daşıyıcı qaz kəmərləri çəkilib. Ən əsası odur ki, qışın kəskin şaxtalı günlərində qaz təchizatında ağır vəziyyət yaranmayıb.

Rayon elektrik şəbəkəsi 2011-ci ildə elektrik verilişi xətlərində 130 ədəd dayağı dəyişdirib, müxtəlif güclü 18 ədəd zədələnmiş transformatoru təmir etdirərək yerində quraşdırıb, 65 ədəd transformator yarımstansiyasında cari təmir işləri aparılıb. İl ərzində 280 ədəd elektron və 180 ədəd "Smart-kart" tipli sayğac quraşdırılıb. İstifadə olunan elektrik enerjisi haqqının yığımı 96,2 faiz olub. Yığımın 2010-cu ilə nisbətən əhəmiyyətli dərəcədə yüksəlməsi işə məsuliyyətli münasibətin təzahürü kimi qiymətləndirilir.

2011-ci ildə İsmayıllıda əhalinin içməli su təchizatını yaxşılaşdırmaq məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Kənd bələdiyyələri, icra nümayəndələri qarşısında əhalinin içməli suya olan tələbatını ödəmək vacib şərt kimi qoyulub. Kənd bələdiyyələrinin vəsaiti hesabına bir neçə kəndə içməli su xətləri çəkilib, mövcud xətlərdə təmir işləri aparılıb.

"Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə II layihə" çərçivəsində Dünya Bankının vəsaiti hesabına İsmayıllı şəhərinin və Milli Məclisin qəbul etdiyi qanunla oraya birləşdirilən İsmayıllı, Mican və Qəzli kəndlərinin su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi işlənib və həyata keçirilməsinə başlanılıb.

Tərlan Nəsirli

Bakı-İsmayıllı-Bakı

(ardı var)


Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs