Əlaqə Arxiv
news Image
2013.02.11
18:41
| A A A
Texnologiya nəhəngləri Avstraliyaya çağırıldı

Movqe.Az bildirir ki, Avstraliya parlamenti bütün dünyada məşhur texnologiya nəhəngləri "Apple", "Microsoft" və "Adobe"u qiymətləndirmə siyasəti haqqında məlumat vermək üzrə çağırıb. Avstraliyada istehlakçı təşkilatları, tez-tez digər ölkələrə görə Avstralyalılardan daha çox ödəniş alınmasından şikayət edir. Avstraliya Nümayəndələr Məclisi, keçən il iyul ayında Avstraliyada satılan məhsulların dünyanın digər yerlərinə görə daha bahalı olub-olmadığını araşdırmaq üzrə bir istintaq başladıb. Bu vaxta qədər yalnız yazılı açıqlama edən şirkətlər, şəxsən araşdırmanı edən komitə qarşısına çıxmağı rədd edib. "BBC"-nin xəbərinə görə, nəhəng texnologiya şirkətləri "Apple", "Microsoft" və "Adobe" martın 22-si komitənin önünə çıxacaq.


Sizin Reklam Yeriniz