news Image
2013.02.11
17:15
| A A A
Sosial şəbəkələr şəxsiyyət vəsiqəsinə çevrilir?

Movqe.az xəbər verir ki, bir araşdırmaya görə, 3 il ərzin internetə ilk dəfə qəbul edilənlərin yarısı, şəxsiyyət məlumatlarını ictimai şəbəkə məlumatları ilə eyniləşdirəcək. "Gartner" araşdırma şirkətinin hesabatındanverilən məlumatlara görə, 2015-ci ildə internetə ilk dəfə girənlər, müxtəlif xidmətlərdən istifadə etmək üçün ictimai şəbəkə şəxsiyyət məlumatlarını istifadə edəcək. Mobil  telefonlar həb kompüterlər kimi mobil cihazların artmasıözüylə şəxsiyyət rəhbərliyi üçün yeni üsullar da gətirir. Artıq "Facebook" və ya "Twitter" hesab məlumatları ilə hər hansı bir internet saytında istəniən xidmətlərə qeydiyyat oluna biləcək. Bu üsul, həm hər internet xidməti üçün ayrı blank doldurmaq məcburiyyətində qalan istifadəçilər, həm "Şəxsiyyət məumatları Rəhbərliyi" (IAM) xidmətləri üçün büdcə xərcləyən müəssisələrəasanlıq təmin edir. "Gartner" həmçinin hərbir internet saytı üçün ayrı bir istifadəçi adı və ya şifrə istifadə edənlər üçün bu üsulun qənaətli olduğunu bildirib. Digər tərəfdən "Gartner" bu üsulun istifadə edilməsinə əlavə olaraq şəxsiyyət təhlükəsizliyi ilə əlaqədar narahatlıqların da aradan qalxacağını deyib.