news Image
2013.02.12
16:18
| A A A
Qanunsuz yolla 192 ev aldı

Çində bir təhlükəsizlik məmurunun qanunsuz yollarla 192 ev satın aldığı məlum olub. Çində son illərdə yaşanan sui-istifadə skandallarına daha biri əlavə olunub. Movqe.Az-ın məlumatına görə, Quanqdonq əyalətində bir təhlükəsizlik məmurunun qanunsuz yollarla əldə etdiyi gəlirlə 192 ev satın aldığı ortaya çıxıb. Təhlükəsizlik komandiri Zao Haibin qurduğu bir şirkətlə əmlak yığını etməklə təqsirləndirilib. İndiyə qədər təsbit edilən 192 evin təhlükəsizlik məmurunun üzərinə qeyd olduğu təyin olunub. Bundan başqa saxta bir şəxsiyyətə sahib olduğu və bu adı ticarət sənədlərdə istifadə təsbit edilib​. Hadisə Çin mətbuatında geniş yer alıb.