news Image
2017.05.10
11:12
| A A A
Deputat parlamentdə uşaq əmizdirdi - FOTO

Avstraliyalı senator Larisa Uoters parlamentin iclasında gözlənilməz addım atıb.

Movqe.az  azvision.az-a istinadən xəbər verir ki, “Yaşıllar Partiyası”nın üzvü səsvermə zamanı ikiaylıq qızı Aliya Conu əmizdirərkən diqqət çəkib.

Avstraliya parlamenti qadın senatorlara azyaşlı övladlarını iclasa gətirmək, onları qidalandırmaq kimi əlavə üstünlüklər verib. Amma bu vaxta qədər heç bir qadın siyasətçi bu hüququndan istifadə etməmişdi. 

Qeyd edək ki, oxşar hadisə Argentina parlamentində də baş vermişdi. 37 yaşlı deputat Viktoriya Donda Perez iclasa 8 aylıq qızı ilə birlikdə qatılıb, ona süd verərkən obyektivlərə tuş gəlmişdi. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs