news Image
2017.05.14
10:15
| A A A
Hamı "Eurovision"dakı bu oğlandan danışır -VİDEO

"Eurovision 2017" mahnı müsabiqəsinin final şousunda gözlənilməz hadisə baş verib. 

Movqe.az-ın qafqazinfo-ya istinadən məlumatına görə, ölkə nümayəndələrinin ifasından sonra səsvermə başlayıb. Bu fasilədə yarışmanın ötənilki qalibi Camala səhnəyə çıxıb. 

Müğənninin ifası zamanı azarkeşlərdən biri Avstraliya bayrağı ilə Camalanın yanına qalxıb. O, anidən arxasını tamaşaçılara çevirərək şalvarını aşağı çəkib. Mühafizəçilər dərhal həmin şəxsi səhnədən uzaqlaşdırıblar. Amma onun niyə bu addımı atması hələ də sual altındadır. 

Avstraliya tərəfi rəsmi qaydada vətəndaşın bu hərəkətinə görə üzr istəyib.