news Image
2017.05.15
11:04
| A A A
Bataqlığın 2000 illik sirri tapıldı - 2400 yaşlı cəsədin alnındakı qırış da seçilir - FOTO

Dünyada ən çox bataqlıqların rast gəlindiyi yer Danimarkadır. Danimarka Krallığı şimali Avropada yerləşir. Ölkə qərbdən Şimal dənizi, şərqdən isə Baltik dənizi ilə əhatə olunub. Cənubdan Almaniya ilə həmsərhəd olan Danimarka krallığına Farer adaları və Qrelandiya dövlətləri daxilidir.

Böyük Yutlandiya yarımadası və 409 adadan ibarət Danimarka arxipelağı da ölkə ərazisinə daxildir. Əraziyə daxil olan 90-na yaxın adada yaşayış mövcuddur. Şimaldan Limfiyord boğazı ilə ayrılan yarımadanın qərb sahilləri qum sahələri ilə örtülüdür. Qum sahələrinin şərqində isə sözügedən əfsanəvi və sirrli bataqlıqlar mövcuddur.

Movqe.az publika.az-a istinadən xəbər verir ki, Danimarka Krallığı dünyanın ən çox bataqlığı və bataqlıq cəsədi olan ölkəsi hesab olunur. Buradakı bataqlıqlarda minlərlə insan cəsədi aşkarlanıb. Maraqlısı odur ki, cəsədlər bataqlıq yosunlarının xüsusi turşuları sayəsində 2000 ildir ki, çürümədən qalıb.

Tapılan cəsədlərin təxminən 1800-1960 il əvvələ aid olduğu ehtimal edilir.

Qədim dəmir dövründə Danimarka krallığında hələ yazı formalaşmadığı üçün o dövrə aid çox az sayda məlumatlar var. Əldə olan Roma və yunan yazılarında isə bataqlıqlarda insanların nə üçün öldürüldüyü barədə ancaq fərziyyələr yer alır. Dəqiq heç bir məlumata rast gəlinməyib.

Lakin tarixi faktlar əsasında onu demək olar ki, o dövrdə ölülərin əksəriyyəti yandırılırdı. Bataqlıqda tapılan cəsədlərin isə xüsusi səbəbinin olduğu ehtimal olunur.

Danimarkanın Aarhus şəhərində yerləşən Moesgaard muzeyi Avropadakı dəmir dövrünə aid muzeylərdən daha üstün hesab olunur. Moesgaard muzeyində boğazı kəsilərək öldürülən Grauballe adamı nümayiş olununmuşdu. Bu muzeyin ən maraqlı sərgilərindən biri hesab olunur.

Daha bir cəsəd isə Tollund adamı adlanır. Danimarka bataqlıqlarından tapılan bu cəsədin boynundakı ip diqqət çəkir. 2400 il keçməsinə baxmayaraq ip hələ də çürüyüb yoxa çıxmayıb.

2400 il əvvələ aid olduğu deyilən Tollund adamının cəsədinin üzü bütün xüsusiyyətlərini olduğu kimi qoruyub saxlayıb.

Bu cəsəd ilk dəfə 1950-ci illərdə tapılıb və yaxşı mühafizə edilib. Cəsədin üzünə baxdıqda hətta alnındakı qırışları belə görmək mümkündür.