Əlaqə Arxiv
news Image
2013.02.13
17:04
| A A A
"Google" hava limanı quracaq
Silikon Vadisi olaraq tanınan və Kaliforniya əyalətinin San Jose bölgəsində yeləşən "Google", bu sahəyə yaxın və özünə aid bir hava limanının olmasını istəyir. Movqe.Az-ın məlumatına görə, San Josa Hava limanının bir hissəsini "Google" 50 illik kiralayacaq və beləcə şirkət əməkdaşları öz xüsusi hava limanlarını istifadə edərək uçuşlarını gerçekləşdirə biləcəklər. "Google", bu müqavilə üçün 82 milyon dollar ödəyəcək. "Signature" adlı şirkət tərəfindən həyata keçiriləcək hava limanında cəmi 36 adam çalışacaq. Ancaq digər əlaqədar işlərlə birlikdə işləyənlərin sayının 370 olması gözlənilir. "Google" rəhbərlərinin istifadə etdikləri 8 reaktivdən əlavə şirkətin 255 sərnişin tutumlu bir "Boeing 767-200"-ü də var. Xatırladaq ki, jurnal "Forbes" "Google"u ABŞ-da iş yer kimi ən yaxşı şirkət seçmişdi. Bu seçimlərdə "Google" işçilərinə təqdim etdiyi imkan və xidmətlər öz təsirini göstərmişdi.
Sizin Reklam Yeriniz