Əlaqə Arxiv
news Image
2013.02.13
18:00
| A A A
Dietasız rejim

Çəkinizi azaltmağa qərar verdiyiniz zaman daha az yeməyi qarşınıza məqsəd qoyursunuz. Amma bunu ac qalmaqla qarışdırmaq olmaz. Movqe.Az sizə çəkinizi azaltmaq üçün bir neçə variant təklif edir:

1.  Kiçik qablar: Daha kiçik boşqablarla avtomatik olaraq yeməyinizi azalda bilərsiniz.

2. Yeməkdən əvvəl su: Yeməyə başlamazdan 15 dəqiqə əvvəl su için. Mədənizi dolu hiss edib və daha az yeyəcəksiniz.

3. Salat: Aşağı kalorili yeməklə mədənizi doldurmağa başlasanız, yüksək kalorili yeməkləri daha az yeyərsiniz.

4. Tələsməyin: Nə ​​qədər yavaş yesəniz o qədər tez doyarsız.

5.  Dişlərinizi fırçalayın: Diş fırçalamaq iştahanı kəsir.

6. Yatmazdan əvvəl yeməyin: Gecəler metobolizma yavaşlayır. Kalori yandıra bilməzsiniz.

7. Paketdən yeməyin: Paketin içindən yediyiniz zaman, tam olaraq nə qədər yediyinizin fərqinə vara bilmirsiniz.

Sizin Reklam Yeriniz