news Image
2017.05.19
10:54
| A A A
5 yaşlı uşaq anasını həyatını xilas etdi

İngiltərənin Linkoln qraflığında 5 yaşlı uşaq anasının həyatını xilas edib.

Movqe.az  xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Məlumata görə, 30 yaşlı Cemma Harris evdə pilləkənlə qalxarkən yıxılıb. Başından zərbə alan qadın huşunu itirib. Evdə olan 5 yaşlı oğlu Alfi anasının yıxıldığını görüb. O, təcili yardıma zəng edərək anasının hərəkətsiz qaldığını və danışmadığını bildirib. Daha sonra küçəyə çıxaraq təcili yardımın gəlməsini gözləyib.

Uşağın bunu “Yanğınsöndürən Sem” adlı cizgi filmindən öyrəndiyi bildirilib.

"qafqazinfo"

 


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs