news Image
2018.10.18
11:49
| A A A
Doğuşu çətin və təhlükəli edən nədir?

Uzun müddətdir düşünülürdü ki, buna səbəb dik yeriməyimizdir, lakin, yeni bir araşdırma başqa şey deyir.

Dünyaya uşaq gətirmək uzun və ağrılı bir prosesdir.

Bəzən isə ölümcüldür. Dünya Səhiyyə Təşkilatının hesablamalarına əsasən, hamiləlik zamanı və ya doğuşda yaranan fəsadlar ucbatından, gündə 830 qadın həyatını itirir. Bu, 1990-ci illərlə müqayisədə 44% aşağı göstəricidir.

"Rəqəmlər dəhşətlidir," Britaniyanın London Kollec Universitetində uşaq bəslənməsini araşdıran Jonathan Wells deyir.

"Məməli anaların dünyaya yeni canlı gətirməsi bu qədər baha başa gəlməməlidir."

Bəs doğuşu insanlar üçün bu qədər riskli edən nədir?

Doğuş zamanı yaşanan ölüm səviyyəsini azaltmaq üçün nə isə edə bilərikmi?

Homininlər milyon illər boyunca dik yeriyiblərHomininlər milyon illər boyunca dik yeriyiblər

İnsan doğuşu zamanı yaşanan problemlər haqqında alimlər ilk dəfə 20-ci əsrdə düşünməyə başlayıblar.

Tezliklə onlar, ağlabatan bir izah tapırlar.

Onlar, məsələnin təkamül prosesimizin ən ilkin üzvləri olan homininlər, yəni insanabənzərlərdən qaynaqlandığı qənaətinə gəlirlər.

Ən qədim hominin qalıqları təxminən yeddi milyon il bundan qabağa gedib çıxır.

Onlarla bizim cəmi bir neçə ortaq yanımız olub ki, tədqiqatçılara görə bunlardan ən ümumisi iki ayaq üzərində yeriməkdir.

İki ayaq üzərində rahat yerimək üçün homininin skeleti yeni formaya uyğunlaşıb və bu da çanağa təsir edib.

Əksər primatların çanağında doğuş kanalı, nisbətən daha düzdür.

Homininlərdə bu, getdikcə başqa cür görünməyə başlayıb.

Ombalar darlaşdıqca doğuş kanalı da dəyişib - uzunluq ölçüsünə və şəklinə görə dəyişən silindr formasını alıb.

Tariximizin ilk günlərindən hominin körpələri çox güman ki, doğuş kanalından çıxmaq üçün fırlanmalı olublar.

Bu isə doğuşu əvvəlkindən daha çətin edirdi.

Sonra isə hər şey daha da pisləşib.

Около двух миллионов лет назад наши предки гоминины начали терять обезьяноподобные черты и стали более похожими на современных людей

Təxminən iki milyon il əvvəl bizim hominin əcdadlarımız, yenə dəyişikliyə uğrayıblar.

Onlar, qısa bədən, uzun qollar və kiçik beyin kimi meymuna bənzər cizgiləri itiriblər.

Əvəzində insana bənzər xüsusiyyətlər peyda olub: hündür bədən, qısa qollar və böyük beyin.

Beyinin böyüməsi isə qadınlar üçün heç də yaxşı xəbər deyildi.

Bu, böyük beyinli insanların böyük beyinli körpələrdən inkişaf etməsi anlamına gəlirdi.

Təkamül özünə qarşı təzad yaratmışdı.

Bir tərəfdən qadın homininlər iki ayaq üzərində yeriməkdən ötrü dar çanağa alışmalı, digər tərəfdən isə qarınlarında böyüyən döllər daha böyük beyinə malik olduqlarına görə, dünyaya dar çanaqla uşaq gətirməli idilər.

Beləliklə doğuş, son dərəcə ağrılı və ölümcül bir hal alır və hələ də eyni cür qalmaqdadır.

1960-cı ildə Sherwood Washburn adlı antropoloq bu ideyaya bir ad qoyur: obstetrik dilemma.

Alimlər bunun uşaq doğuşu üçün mükəmməl izah olduğuna inanırdılar. Bir çoxu hələ də eyni fikirdədir.

Lakin, Wells də daxil olmaqla bəzilərini bu standart izah qane etmir.

Son beş ildə Wells və bir neçə başqa tədqiqatçı obstetrik dilemma adlı klassik hekayəyə qarşı cəbhə qurublar.

Onlar, Washburn-n ideyasını çox bəsit adlandırırlar və düşünürlər ki, doğuş probleminə başqa faktorlar da təsir göstərir.

Bir çox qadın doğuş zamanı ağrıkəsicilərdən istifadə edirBir çox qadın doğuş zamanı ağrıkəsicilərdən istifadə edir

Kingston-da yerləşən Rhode Adası Universitetindən Holly Dunsworth obstetrik dilemma haqqında ilk dəfə bakalavr tələbəsi olarkən eşidib.

"O zaman bu mənim üçün çox həyəcan verici bir şey idi, nəhayət ki, obstetrik dilemmanı tam öyrənəcəkdim," o deyir.

"Amma, tezliklə ümidlərim puç oldu. Problem, Washburn-n proqnozlarında idi.

"Washburn-a görə, obstetrik dilemma uşağı vaxtından tez dünyaya gətirdikdə aradan qalxır," Wells deyir.

Gəlin, insan beyninin böyüməyə başladığı iki milyon il öncəyə nəzər salaq.

Washburn əlacı insanların hamiləlik dövrünü qısaltmasında görürdü.

İnsan balaları dünyaya vaxtında əvvəl - daha kiçik və inkişaf etməmiş beyinlə gəlsə, doğuş daha asan olar.

Washburn-n izahı məntiqli səslənir. Yeni doğulmuş çağanın nə qədər zəif və həssas olduğunu bilirik.

Başqa primatlar isə daha uzun müddət hamilə qaldıqlarına görə, dünyaya daha inkişaf etmiş körpə gətirirlər.

Fəqət, Dunsworth deyir ki, bu doğru deyil.

Kişi (solda) və qadın (sağda) çanağıKişi (solda) və qadın (sağda) çanağı

"Biz, düşündüyümüzdən daha uzun müddət hamilə qalırıq və dünyaya daha böyük körpələr gətiririk."

Həqiqətən də insanın hamiləlik müddəti kifayət qədər uzundur.

Adətən doğuş 38-40 həftə arası baş tutur. Şimpanzelərin hamiləliyi 32 həftə, qorilla və oranqutanqlarınkı 37 həftə çəkir.

Dunsworth və həmkarlarının 2012-ci ildə dedikləri kimi, bədənin kütləsindən asılı olmayaraq, hamiləlik müddəti eyni qalır.

İnsan hamiləliyi bizim bədən ölçümüzə sahib meymunların hamiləliyindən 37 gün daha uzun çəkir.

Eyni şey, beyin ölçüsünə də aiddir.

Qadının bədən kütləsi nəzərə alınarsa, bir primata görə qadınlar böyük beyinli uşaqlar doğurlar.

Bu isə Washburn-n obstetrik dilemmasının yanlış olduğu mənasına gəlir.

Lakin, bu, Washburn ideyasının yeganə problemli tərəfi deyil.

Tomoqrafik görüntüdə dölBu ultrasəs müayinəsi tam inkişaf etmiş dölü göstərir

Obstetrik dilemmanın ehtimal etdiyi əsas şey, insan çanağının forması və ölçüsünün - ələlxüsus qadın çanağı əlbəttə ki - dik formada iki ayaq üzərində yeriməyə görə kiçilməsidir.

Təkamül, qadınların çanağını daha böyük və doğuş kanalını daha geniş edərək, insanların doğuş problemi indiyədək "həll etməli" idi.

2015-ci ildə ABŞ-n Massachusetts ştatında Cambridge şəhərində yerləşən Harvad Universitetindən Anna Warrener və həmkarları bu ehtimalı araşdırmaq qərarına gəlirlər.

Tədqiqatçılar, laboratoriyada yeriyən və qaçan könüllü kişi və qadınlardan metabolik məlumatlar toplayırlar.

Çanağı böyük olan şəxslər, kiçik olanlara nisbətən yerimək və qaçmaq üzrə heç də zəif nəticə göstərmirlər.

Sırf enerji baxımından insanlarda daha geniş çanağın təkamülü üçün heç bir maneə yoxdur.

"Obstetrik dilemmanın qayəsi - biomexaniki məhsuldarlıq üçün kiçik və dar çanaq daha əlverişlidir - görünür ki, doğru deyil," Kanadada yerləşən Britaniya Kolumbiyasında Viktoriya Universitetindən Helen Kurki deyir.

Kurki Warrener-n tədqiqatında iştirak etməsə də, öz araşdırması ilə ənənəvi obstetrik dilemma hipotezisinin başqa problemlərini ortaya qoya bilib.

Homo erectus-da doğuşun daha rahat ola biləcəyi düşünülürHomo erectuslar üçün doğuş, bizimkindən bəlkə də daha rahat olub

Əgər həqiqətən də qadın çanağı iki əks güclə idarə olunursa, - yerimək üçün kiçik və doğuş üçün böyük olma ehtiyacı - qadınların doğuş kanalının forması da fərqlənməməlidir.

Bu, təbii seçmə sayəsində "stabil" qalmalıdır.

Lakin, yüzlərlə insan skeletini incələdikdən sonra, Kurki 2015-ci ildə bildirdi ki, doğuş kanalı ölçü və formasına görə kəskin fərqlənir.

Bu hətta, şəxsə görə forma və ölçüsü ilə dəyişən qol şəkilindən də daha çox fərqlənir.

"Düşünürəm ki, mənim tapdığım məlumatlar, obstetrik dilemmaya qarşı olan dəyişkən münasibəti izah edir," Kurki deyir.

Washburn-n izahı, artıq qaneedici təsir bağışlamır.

Dunsworth fikirləşir ki, tapmacanın çatışmayan hissəsini tapıb: enerji.

"Hamiləliyin sonuna yaxın taqətsizləşirik," özü də ana olan Dunsworth deyir.

"Hamiləliyin son həftələri və ayları yorucudur. İnsanın metabolik dözümü həqiqətən də tükənir və bunun mütləq ki, bir sonu olmalıdır.

Hamilə qadınlar bəzən zarafatla, inkişaf edən dölün enerji sovuran parazit olduğunu deyirlər.

Həqiqətən də bu belədir və hər keçən gün dölün enerji tələbatı daha da artır.

Xüsusilə də, insan beyninin iştahası doymur.

Hər saniyə böyüyən bu kiçik beyin, metoboloji baxımdan hamilə qadını taqətsiz sala bilir.

Dunsworth bu ideyanı, hamiləlik və artımın enerji (HME) fərziyyəsi adlandırır.

Fərziyyəyə əsasən, doğuşun vaxtını müəyyənləşdirən səbəb, uşağın doğuş kanalından çıxarkən yaşanan çətinlik yox, dölün 39 həftədən sonrakı inkişafı üçün lazım olan enerjini təmin etməmək çətinliyindən asılıdır.

Dunsworth düşünür ki, insanlar uşağın başı ilə ananın doğuş kanalı arasındakı ölçüyə çox köklənirlər.

Heç təsadüfi deyil ki, onların hər ikisinin ölçüsü uyğundur.