Əlaqə Arxiv
news Image
2018.01.21
12:30
| A A A
Yatmaqla 16 min qazanmaq olar - MARAQLI

Kosmik səyahətdən qayıdacaq astronomların sağlamlıq vəziyyətini yaxşılaşdırmaq üçün araşdırmalar aparılır.


Məsələ ilə bağlı "Kosmik Sağlamlıq və Psixologiya İnstitutu” 60 gün heç nə etmədən yatacaq şəxslərə 16.000 dollar ödəyir.

Asan görünən fəaliyyət əslində o qədər də asan deyil. Belə ki, 2 ay müddətində şəxs hərəkət etmədən yatmalıdır. Həmin şəxs bir çiyni yataqdan ayırmadan uzanıqlı olmalıdır. Hətta tualet və təmizlik işləri də yataqda gerçəkləşdirilir.

Təcrübənin əks təsirini daha yaxşı müəyyənləşdirmək üçün tədqiqatçılar könüllülərin bir hissəsinə antioksidant və iltihab əleyhinə qida rasionu verirlər. Təcrübə boyunca tədqiqatçılar sümük yorğunluğunu, immun sistemini, metabolizma və yuxuya təsirlərini nəzərdən keçirəcəklər.

Alimlərin təcrübəni keçirməkdə əsas məqsədi uzun müddət gravitasiya sahəsi olmayan məkanda qalmağın təsirlərini öyrənməkdir./qaynarinfo.az/

 

 

 

 

Sizin Reklam Yeriniz