news Image
2017.05.24
13:49
| A A A
Dünyanın ən qəribə sevgisi: tənhalıqdan aşiq oldu - FOTO

Onun adı Qreypdir. Yaponiyanın Tobu şəhərindəki zooparkda saxlanır.

Ən qəribə aşiq sayılır, çünki kartona vurulub.

Movqe.az Yomiuri-yə istinadən bildirir ki, 20 yaşlı, Humbolt pinqvini cinsindən olan Qreyp 10 il əvvəl Midori adlı dişi pinqvinlə Tobu zooparkına gətirilmişdi.

Lakin bir neçə il sonra Qreypin "xanımı" Midori başqa erkək pinqvinə vuruldu və Qreypi tərk etdi.

Qreyp tək qaldı.

İndi o, volyerə qoyulmuş karton anime-personaja aşiq olub.

 

Kartondakı isə Hululu adlı anime-personajdır.

Hululu "Kemono Friends" adlı anime serialın qəhrəmanlarından biridir.

Hululu həmin serialda əsas obrazlardan biri sayılmasa da, Qreypin ürəyini fəth edib.

Qreypi bu eşqi Yaponiyada o qədər məşhurlaşdırıb ki, animer serialda Hululu obrazını səsləndirən aktrisa İkoko Çikuta belə, "aşiq" pinqvinə baş çəkib.

Milli.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs