Əlaqə Arxiv
news Image
2013.02.14
16:45
| A A A
Bu ölkədə su quyulardan çəkilir

Təmiz içməli su problemi yaşanan Afrikada su qaynaqlarına çatmaq üçün ənənəvi üsullar istifadə edilir. Movqe.Az-ın məlumatına görə, Moritanyanın Fassala şəhərində xalq özlərinin və heyvanlarının ehtiyaclarını qarşılamaq üçün səhrada su quyuları açırlar. Elektrikin olmadığı bir çox bölgədə xalq quyulardan su çəkmə prosesini dəvələr vasitəsilə həyata keçirir. Çobanlar, heyvanlarını otarmaq üçün hər gün kilometrlərlə yol getmək məcburiyyətində qalırlar. Çətin çöl şərtlərinə uyğunlaşmanı təmin edə bilməyən heyvanlardan çoxu yolda tələf olur.

Moritanyada quraqlığın yaşandığı yay aylarında isə çobanlar, heyvanlarını otara bilmək üçün Maliyə keçirlər.

Sizin Reklam Yeriniz