Əlaqə Arxiv
news Image
2018.10.18
13:47
| A A A
Kök insanlar ən çox hansı ölkələrdə yaşayırlar​?

ABŞ piylənmədən əziyyət çəkən insanların sayı baxımından ən yüksək olduğu ölkələr arasında ilk yerdədir.

Movqe.az  milli.az-a istinadən bildirir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının araşdırmasına görə, 15 yaşdan yuxarı amerikalıların 38.2%-i artıq piylənmədən əziyyət çəkir.
 
Proqnozlara görə bu nisbət 2030-cu ildə 45%-i keçəcək.
 
Siyahıda ikinci yerdə Meksika qərar tutub. Bu ölkədə piylənmə problemi ilə üzləşən vətəndaşların nisbəti 32.4% səviyyəsindədir. Meksikanı 30.7% ilə Yeni Zelandiya təqib edir.
 
Digər tərəfdən, ən sağlam ölkə isə Yaponiya qəbul olunub. Yaponların sadəcə 3.7%-i artıq çəki problemindən əziyyət çəkir.

 

Sizin Reklam Yeriniz