Əlaqə Arxiv
news Image
2013.02.14
17:09
| A A A
Yaxın Şərqdə şirin su itkisi artıb
Amerikan Milli Aviasiya Kosmos Araşdırmaları Mərkəzi (NASA), Yaxın Şərqdə şirin su itkisinin həyəcan verici səviyyədə olduğunu açıqlayıb. NASA-nın, Amerika Geofizika Birliyinin jurnalı ''Water Resources Research'' nümayiş olunacaq araşdırmasında, Orta şərqdə pis rəhbərlik, yeraltı suyuna artan tələb 2007-ci ildəki quraqlığın təsirləri səbəbiylə az qala Lut Gölü böyüklüyündə şirin suyun itirildiyi bildirib. Araşdırmaçılar, Türkiyə, Suriya, İraq İranda Dəclə Fərat çayları hövzəsi boyunca yerləşən bölgələrdəki şirin su ehtiyatlarının şirin su anbarlarının 144 kilometr kubunu itirdiyinə diqqəti çəkib. Movqe.az-ın məlumatına görə 2003-ci ildən başlayaraq 7 il müddətində peykdən əldə edilən məlumatların araşdırıldığı tədqiqatda, bu itkinin 60 faizinin qrunt sularının  boşaltılmasından, beşdə birinin isə azalan qar yığınları daxil olmaqla quraqlığın təsirlərindən qaynaqlandığı bildirilib.
Sizin Reklam Yeriniz