Əlaqə Arxiv
news Image
2013.02.15
15:30
| A A A
Facebookun "18 yaş altı" tətbiqi

"Facebook", qısa bir müddət əvvəl həyata keçirdiyi "sosial şəbəkə axtarışı xüsusiyyəti' qrafikində 18 yaş altı istifadəçiləri qorumaq üçün tədbir görüb. Tədbir çərçivəsində 18 yaşdan aşağı istifadəçilərin yerini təsbit etmək üçün ediləcək axtarışlar nəticəsiz qalacaq. Movqe.Az-ın məlumatına görə, qrafik axtarışı "Facebook" içindəki hər cür məlumatı və insanı çox daha praktik və asan axtarış etməklə təmin edir. Məsələn, "Pişik bəsləyən 30 yaşdan yuxarı dostlarım" kimi bir axtarış edə bilirsiniz. Dünyanın ən böyük sosial şəbəkəsi, insanların yaşadıqları yerləri də tapa biləcəyiniz axtarış xidmətində, gənc istifadəçilərini pis niyyətli insanlardan uzaq tutmaq üçün tədbir alıb. "TechCrunch" saytının xəbərinə görə, yeni tədbir yetkinlər ilə uşaq istifadəçilər arasında müəyyən bir baryer quraraq 13-17 yaş arası istifadəçilər haqqında müəyyən məlumatları saxlayacaq. "Facebook"un mövzu ilə əlaqədar verdiyi məlumatda, "Xüsusilə yaşı kiçik olan istifadəçilər "həyat yolu"nda daha çox məlumat bölüşürlər. Bu məlumatlar bütün yoldaşlarına çatır və edilən axtarışlarda gənclərin yaşadıqları yerlər çox daha asan müəyyən olunur" fikri bildirilib. Sosial şəbəkə, istifadəçilərinə bir dəfə daha məlumatlarının kimlərə açıq olduğu mövzusunda diqqətli olmalarını və gizlilik nizamlarına nəzarət etmələri xəbərdarlığını edib.

Sizin Reklam Yeriniz