Əlaqə Arxiv
news Image
2013.02.18
13:25
| A A A
Çobanlıqdan ayrı qala bilmədi

Movqe.az xəbər verir ki, Rumıniyada80 ildir çobanlıq edən Ştefan Backiul, çox sevdiyi işinə bir il sonra geri dönmənin sevincini yaşayır. Paytaxt Bükreşin 400 kilometr şimal-qərbindəki Hunedoara şəhərində yaşayan 96 yaşlı  Ştefan Bakiul, ötən il işdən çıxarılmışdı. Lakin qoca çobanın xahişlərinə dözə bilməyən müdiri Emil Parau "Əgər bir insan bu yaşda işləmək istəyirsə bunu necə qəbul etməyim? Bu davranışı gənclərin nümunə götürməsi lazımdır. " deyib. Parau yaşlı çobanın işindən də son dərəcə məmnun olduğunu bildirib. Uzun yaşamağın sirrini illərlə heyvanlar təbiət ilə baş-başa qaldığı peşəsinə borclu olduğunu söyləyən Bakiul, 80 ildir çobanlıq edir. Çobanlıq həyatında ayı qurd hücumları kimi müxtəlif təhlükələri sovuşduran 5 uşaq 15 nəvə sahibi Bakiul yenidən işlədiyinə görə çox xoşbəxtdir.

Sizin Reklam Yeriniz