news Image
2012.04.25
15:16
| A A A
"Google"dan çılğın proyekt
“Google” rəhbərləri Lari Peyc və Erik Şmidtin Titanic filminin rejissoru Ceyms Kameron ilə birlikdə gördükləri işin detalları müəyyən olub.

"Google"ın rəhbəri Larri Peyc və Erik Şmidt, Titanic filminin rejissoru Ceyms Kameron ilə "X Prise"-ın  yaradıcısı Peter Diamandisin  meteoritlərdə mədən axtarmaq üçün qurduğu şirkət, dünya orbitinə kosmos teleskopları atmaqla  işlərə başlayacaq.

"Planetary Resources" (Planet Qaynaqları) adlı şirkətin səmanı və dünyanı müşahidə etmək üçün göndərəcəyi teleskoplardan əldə edilən məlumatlar fərdi kompüterlərə paylanılacaq.

Dünya xaricində bir ticarət krallıq qurma fikiri uzun vədəli bir proyektdir.

Ancaq yaxın zamanlarda həyata keçirmək istənilən proyekt, meteoritlərdə mədən axtarışı işləri görərək bunların nələrdən meydana gəldiyini anlamağa çalışmaqdır.

Əslində, meteoritlərdəki dəmir, nikel kimi kritik metallardan  faydalanmaq uzun müddətdir müzakirə edilən bir mövzu olub.

Lakin yüksək maliyyə tələb etməsi, elmi ekspertliyin əksikliyi, texniki çatışmazlıqlar kimi səbəblərin olması bu proyektlərin həyata keçirilməsinə mane olub.


Ziba Yusifova

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs