Əlaqə Arxiv
news Image
2012.04.25
16:42
| A A A
Londonda maraqlı etiraz

Mövqe.az CNN-ə istinadən xəbər verir ki, İngiltərənin paytaxtı Londonda kosmetika sektorunda heyvanların üzərində təcrübə apararaq istifadə edilməsinə etiraz etmək üçün maraqlı bir nümayiş təşkil edilib.

Londonun mərkəzindəki  prospektlərdən biri olan "Regent Street"dəki bir mağazanın vitrinində oturan etirazçı  heyvanların istifadə edildikləri zaman  çəkdikləri ağrını təmsil edib.

Başındakı onlarla kabel və yanındakı çox sayda tibbi vəsait ilə laboratoriyada əzab çəkən bir heyvanı canlandıran etirazçının yanındakı həkim də əlində tibbi vəsaitlərlə müdaxilə edib.

Küçədən keçənlərin izlədiyi etirazı təşkil edən mağaza sahibi, bu nümayişlə heyvanların kosmetika vasitələrində istifadə edilməsinə qarşı olduqlarını və bu məsələ ilə bağlı insanların diqqətini çəkməyi bildirib.

Bazardakı bir çox kosmetika firmasının məhsullarında heyvansal məhsullar istifadə etdiklərini söyləyən mağazanın sahibi, ‘vitrindəki  insanın laboratoriyalarda test edilən heyvanların necə əzab çəkdiklərini eynilə canlandırdığını' deyib.

Üzərində 'kosmetikada heyvan testinə xeyr' köynəyi  geyinən etirazçılar yoldan keçənlərdən kampaniya üçün imza toplayıblar.


Ziba Yusifova 


Sizin Reklam Yeriniz