news Image
2013.02.21
17:16
| A A A
"Facebook"a yaşını inandıra bilmədi

Amerikada yaşayan Marqarit Cozef, dürüstlüyü ucbatından "Facebook"la problem yaşayır və internet saytı tərəfindən yalan söyləməyəklə bağlı çətinlik çəkir. Movqe.Az-ın xəbərinə görə, sayt 104 yaşındakı qadının gerçək yaşına inanmadığı üçün yaşının daha az göstərməsini istəyir. Problem Marqaritin yaşını söyləməkdən qaçmaması və gerçək yaşına "Facebook"u inandıra bilməməsidir. Marqarit 104 yaşındadır və dostları ilə görüşmək üçün "Facebook"dan istifadə edir. Lakin sayt 104 yaşındakı Marqarit Cozefin yaşına inanmır və profilinə girməyə müdaxilə edir. Marqarit isə doğru yaşı ilə girməkdə qərarlıdır. Marqaritin qardaşı oğlu bu qəribə etiraz səbəbiylə "Facebook"un qurucusu Mark Zukerberqə mesaj yazıb, ancaq cavab ala bilməyib. "Facebook"un bu yaşlı üzvü aprel ayında 105 yaşına girəcək. Marqaritin saytda 84 fotoşəkili və 109 dostu var və bütün ismarıclara cavab verməyə çalışır. Son olaraq saytda Marqaritin yaşı 99 olaraq göstərilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs