Əlaqə Arxiv
news Image
2013.02.21
18:00
| A A A
Televizor uşaqları cinayətə sövq edir

Yeni Zelandiyada aparılan bir araşdırmaya görə, televizora çox baxan uşaqlar yetkin yaşlara gəldikdə cinayət törətməyə daha meyilli olurlar. Movqe.Az-ın məlumatına görə, Amerika uşaq sağlamlığı jurnalı "Pediatrics"da nəşr olunan araşdırmaya görə, uşaqların həftə ərzində axşamlar televizor izləməkləri yetkin yaşlara gəldikləri zaman hər hansı bir cinayət törədə biləcəkləri ehtimalını 30 faiz artırır. Televizor izləyən uşaqlar üzərində yarana bilən mənfi təsirlər uzun illər müzakirə mövzusu olmub. "Otago" universitetindən tədqiqatçılar, 1970-ci illərin sonlarında min uşağın televiziya izləmə vərdişlərini təqib etməyə başlayıblar. Araşdırma çərçivəsində 1972 və 1973-ci illərdə doğulan uşaqlar beş yaşından etibarən on il boyunca izlənib. Onların 26 yaşına çatanda yığdıqları məlumatları qiymətləndirən tədqiqatçılar, televiziya izləmə vərdişi ilə uşaqların irəliləyən yaşlarda həyatlarının necə formalaşması arasında möhkəm bir bağlılıq olduğunu yazır. 

Sizin Reklam Yeriniz