Əlaqə Arxiv
news Image
2017.08.22
13:16
| A A A
DİQQƏT! Bu küçədə yeriyəndə elektrik enerjisi əldə edilir

Londonda yerləşən “Bird street” küçəsi yeni şəhər texnologiyası tətbiq edilib.

Movqe.az  big.az-a istinadən xəbər verir ki, Britaniyanın “Pavegen” şirkəti piyadalar üçün yollardan birinə 107 kvadrat metr sahəyə malik örtük quraşdırıb.

Bərabərtərəfli üçbucaq formasında olan hər bir xana piyadaların addımlarından əldə olunan enerjini 5 vatt gücündə elektrik enerjisinə çevirir. Toplanmış elektrik enerjisi daha sonra küçələrin işıqlandırılmasında, quşların səsi şəklində səsli fonun yaradılmasında, həmçinin “Bluetooth” ötürücü aparatların işləməsində istifadə edilir.

Bu küçə üzrə hərəkət edən piyadalar smartfon üçün xüsusi mobil proqramın köməyi ilə yaratdıqları enerjinin miqdarını görmək və hətta buna görə xüsusi endirim və kuponları əldə etmək imkanına da malikdirlər.

Bundan başqa, bu küçədə “Airlabs” şirkətinin “ClearAir” adlı möcüzəvi skamyası qurulub. Bu skamya çirkli havanı “udur” və onu təmizlədikdən sonra xüsusi dəliklər vasitəsilə təmiz havanı geri qaytarır.

“Berd street” küçəsinin bəzi sahələrinin rənglənməsində “Airlite” su əsaslı boyadan istifadə edilib. Mütəxəssislər əmin edirlər ki, bu boya havadan azot oksidi azad edir, zərərli bakteriyaları məhv edir və tozu uzaqlaşdırır.

 

Sizin Reklam Yeriniz