Əlaqə Arxiv
news Image
2017.07.26
11:37
| A A A
Tanış olun: bu qadın 40 ildir adada tək yaşayır

Seyb Aylend Kanada sahillərinin yaxınlığında yerləşən kiçik adadır.

Yeni Şotlandiyadan 180 km cənub-şərqdə, Atlantik okeanının şimal hissəsindəki bu ada aypara formasındadır. Uzunu 42 km olan adanın eni ən geniş hissəsində 1,5 kilometrdir.

Ada vəhşi atların və tevayk suitilərinin məkanı sayıldığından xüsusi mühafizə altındakı qoruqdur.

Movqe.az milli.az-a istinadən bildirir ki, dünyanın ən tənha adalarından biri sayılan Seybldə 67 yaşlı Zoya Lukas yaşayır və çalışır.

İlin 127 günü dumanlı olan adada ömrünün 40 ilini keçirmiş Zoya Lukas alim-naturalistdir, ekoloqdur.

O, adadakı ekoloji müşahidə məntəqəsinə rəhbərlik edir.

Daha doğrusu, məntəqənin personalı elə Zoyadan ibarətdir.

400 at, 300 min tevyak suitisi və 350 növdə quşla birlikdə ömür sürən Zoya Lukasın dediyinə görə, adada tək yaşamağa alışıb və özünü əsla tənha hiss etmir.

"İlk əvvəl buraya atlara görə gəldim. Sonra qaldım, alışdım. İndi özümü adasız təsəvvür edə bilmirəm", - Halifaksdan olan 67 yaşlı Zoya söyləyib.

 

Sizin Reklam Yeriniz