Əlaqə Arxiv
news Image
2018.07.09
14:37
| A A A
270 dərəcə soyuğa, 150 dərəcə istiyə dözən HEYVAN

Bir gün dünyaya bir meteorit çarparsa, ya da bir ulduzun partlaması nəticəsində yayılan radiyasiya bütün okeanlarımızı buxarlandırarsa, dünyadakı bütün canlı növü yox olacaq.

Ancaq bir qrup elm adamının apardığı araşdırma nəticəsində bəlli olub ki, bütün fəlakətlərə dirənə bilən tək bir canlı növünün həyatda qalmaq şansı var. O, canlı "Tardiqrada" adı ilə tanınan su ayısıdır.

Movqe.az xəbər verir ki, 270 dərəcə soyuğa, 150 dərəcə istiyə, yüksək səviyyəli radiyasiyaya dözən, 30 il yemək yemədən yaşaya bilən su ayıları Günəş var olduğu müddətdə ən az 10 milyard il boyunca nəslini davam etdirə biləcək.

"Dünyanın mirasçısı" adlandırılan bu heyvan 8 ayaqlı mikroskopik canlı növüdür. Həm suda, həm də quruda yaşaya bilir. Eyni zamanda, çox yüksək təzyiqə də davam gətirir. 1 mm-dən kiçik ölçüyə sahib bu canlı dünyanın ən dözümlü canlısı statusunu qazanıb.

Milli.az

Sizin Reklam Yeriniz