Əlaqə Arxiv
news Image
2013.02.25
16:49
| A A A
At əti qalmaqalına "IKEA" da qarışdı

At əti qalmaqalı gedərək böyüyür. "Tesco", "Burger King" və "Nestle"dən sonra indi də Çex Respublikasındakı "IKEA" mağazasından at əti çıxıb. Movqe.Az-ın məlumatına görə, Mağazada satılmaq üzrə mal və donuz əti olaraq etiketlənən "İsveç küftəsi" məhsullarında at əti təsbit edilib. Çex Dövlət baytarlıq Təşkilatından edilən açıqlamada, İsveçdə hazırlanıb mebel mağazasında satılmaq üzrə Çexiyaya göndərilən bir kiloqramlıq küftə paketlərinin araşdırıldığı bildirilib. At əti olduğu təsbit edilən 760 paketin istehlakçıya təqdim edilməsinə maneə törədildiyi açıqlanıb. Təşkilat həmçinin Polşadan idxal edilən və hamburgerlərdə istifadə ediləcək "mal" ətlərində də at ətinə rast gəlindiyini bildirib.

Sizin Reklam Yeriniz