Əlaqə Arxiv
news Image
2018.08.31
09:40
| A A A
Hamilə qadınlar haqda mif kimi deyilən 8 reallıq

Hamiləlik dövrü başlayan kimi ətrafdakıların tez-tez bəzi "xəbərdarlıqları" başlayır. 

Movqe.az  axşam.az-a istinadən xəbər verir ki, onların arasında xüsusilə ən məşhurları "saçını kəsdirmə", "heç nə toxuma", "özünə yeni paltar alma" kimi məsləhtlərdir. Lakin mif kimi görünən, əslində isə real olan 8 məsləhətə qulaq asmaq lazımdır: 

1. Pişiklərə baxsanız, uşağın düşmənləri çox olar 

Hamilə qadın, həqiqətən, pişiyə baxmamalı, onlarla təmas qurmamalıdır. Bunun səbəbi isə pişiklərin toksoplazmoz daşıyıcısı olmasıdır. Ona görə də uşaqlıq yolu infeksiyalardan qaçmaq üçün onlarla ünsiyyəti dayandırmaq məsləhətdir.
 


2. Qapının kandarında otursanız, uşağa pis ruhlar toxunar 

Qapı kandarında həqiqətən oturmaq lazım deyil. Bu, immuniteti zəiflədir, soyuqdəyməyə səbəb olur. 

 

3. Qırmızı meyvələr yesəniz, uşağınız alyanaq olacaq 

Bütün qırmızı meyvə və giləmeyvələr allergic xüsusiyyətə malikdir. Həkimlər adətən bu cür meyvələrlə qidalanmağı məsləhət görməsələr də, Qərb həkimləri əksini söyləyirlər.

 

4. Qorxulu filmlərə baxsanız, uşağınız çirkin olacaq

Əbəs deyil ki, dəhşətli filmlərdə hamilələrlə bağlı xəbərdarlıq verilir. Belə ki, hamilə qadında hormonal pozğunluq onsuz da olur, bura əlavə stress qatılarsa, qanaxmaya səbəb ola bilər. bu səbəbdən qorxulu film izləməyi bir müddət təxirə salmaq olar.


 
5. Ayağınızı bir-birinin üzərinə aşırıb otursanız, uşağınız əyriqıç olacaq
 
Belə vəziyyətdə oturmaq hamilə qadınlarda ayağın qan təchizatını çətinləşdirir və varikoz genişlənməyə səbəb olur. 

 

6. Arxası üstə uzansanız, uşaq boğula bilər 

Arxası üstə yatmaq, xüsusilə hamiləliyin son dövrlərində , ananın damarları sıxıla bilər. Bu isə hava çatışmazlığı və baş gicəllənməsinə səbəb ola bilər və körpədə hipoksiya başlayar. 

 

7. Paltar sərsəniz, göbəkbağı uşağın boynuna dolanar 

Paltar sərəkən əllərin uzun müddət havada qalması tonusu yüksəldir ki, bud a körpəyə ziyandır. 

 

8. Hamilə olarkən tez-tez qaynar vanna qəbul etməyin 

Qaynar vanna qəbul etmək hamiləliyin erkən sonlanmasına gətirib çıxara bilər. İlıq suda isə istədiyiniz qədər qala bilərsiniz. 

Sizin Reklam Yeriniz