Əlaqə Arxiv
news Image
2013.02.27
13:37
| A A A
Balıq yağı dəri xərçəngindən qoruyur

Mançestr Universitetinin tədqiqatçıları balıq yağının daha bir xüsusiyyətini aşkar ediblər. Günəş vannası qəbul etməyi sevənlərə, o, dəri xərçəngindən qorunmağa kömək edir.

Balıq yağı immun sistemini möhkəmləndirən omeqa-3 yağ turşuları ilə zəngindir. Ultrabənövşəyi şüaların intensiv fəaliyyəti immun sisteminə pis təsir göstərir. Belə ki, balıq yağı günəşin zərərli təsirlərini iki dəfəyə qədər aşağı salır.

Sınaqda iştirak edən 79 insana hər gün yarım hissə yağlı balıqda olan qədər-omeqa-3 yağ turşularının dördqramlıq dozasını veriblər. Bundan sonra, onlar günəşi imitasiya edən xüsusi bir cihazın altından keçiblər, alimlər isə onları müşahidə ediblər.  Balıq yağı qəbul edib, "günəş" altında oturan insanların immun sistemi plasebo (xəstəni sakitləşdirmək üçün təyin edilmiş ziyansız dərman) qəbul edənlərə nisbətən 50% daha az sıxılıb. 

Qrupun rəhbəri Lesli Rods öz komandasının nəticələrini "çox maraqlı"adlandırıb: " Bizə bu nəticəyə gəlməyə bir neçə il lazım oldu. Bizim tədqiqatlarımız omeq-3 yağ turşularının dəri xərçəngindən potensial qorunmada əvəzsiz olduğunu bir daha sübut etdi". 





Sizin Reklam Yeriniz