Əlaqə Arxiv
news Image
2013.02.27
17:00
| A A A
Sevgilisindən sonra borc ödəyən neçə nəfər var?
Bir münasibətin sona çatması yalnız göz yaşı və ürək ağrısına səbəb olmaz, sevgilinizə görə borca ​​girmisinizsə adınızın qara siyahıya düşməyi də baş verər. İngiltərədə yeddi milyon adamın bu vəziyyətdə olduğu açıqlanıb. Movqe.Az-ın məlumatına görə, Bəziləri uzun müddət əvvəl ayrılmış olsa belə sevglisinin pis maliyyə vəziyyəti səbəbiylə təxminən yeddi milyon ingilis kredit borcları səbəbiylə bankların qara siyahısına düşüb. "Experian CreditExpert" analitikləri 6.8 milyon ingilisin romantik əlaqəsi səbəbiylə maliyyə olaraq çətin vəziyyətə düşdüyünü bildiriblər. Bu da yetkin əhalinin yeddidə biri mənasını verir. Bunların az qala yarısı (47 %) köhnə sevgilisinin problemləri səbəbiylə bu vəziyyətə düşüb. Üçdə biri (33 %) üç il və daha əvvəl ayrılmasına baxmayaraq hələ üzərindəki öhdəliklərlə məşğul olur. Anketə 3 min insan qatılıb. Keçmiş sevgililərin dörddə biri partnyorunun kredit reytinqi səbəbiylə borc almaq üçün mübarizə aparır. Evli olmayan cütlüklərin ortaq borcları, kredit kartı və ya bank hesabı böyük problem yaradır. Cütlüklərin 57 faizi necə bir vəziyyətin olduğunu isbat edə bilmədiyini söyləyirlər. Bu borcların yenidən ödənilməsi kimi problemlər çox gözə dəyir. Əgər cütlüklər ayrılıblarsa, mümkündürsə "maliyyə ayırımı" iddiasının açılması tövsiyə edilir.
Sizin Reklam Yeriniz