Əlaqə Arxiv
news Image
2018.05.18
13:56
| A A A
Sunami zamanı batmış QƏDİM ŞƏHƏR tapıldı

Tunisin Milli Miras İnstitutunun arxeoloqları 21 iyul 365-ci ildə baş vermiş sunami nəticəsində dağılmış qədim Roma imperiyasına məxsus olan Neapolis şəhərinin sualtı xarabalıqlarını aşkar ediblər.

Movqe.az publika.az-a istinadən xbər verir ki, tədqiqatçılar küçələr, abidələr, həmçinin balıq souslarını qoruyub saxlanılması üçün nəzərdə tutulmuş çənlər aşkar ediblər. Bu haqda "ScienceAlert" nəşri məlumat yayıb.

Şəhərin xarabalıqları 20 hektarda uzanır və Tunisin şimal-şərqində Nabulya şəhərinin yanında yerləşir. Neapolis bizim eradan əvvəl beşinci əsrdə salınmışdı. Onun adı yunancada "Yeni şəhər" mənasını verir. Tarixçilər hesab edirlər ki, şəhərin bir hissəsi zəlzələ nəticəsində yox olub, hansı ki, 2 təkandan ibarət və maksimal maqnitudası 8 bal idi. Qəza nəticəsində Krit adasının bəzi hissələri də 10 metr sürüşüb.

Batmış şəhərin xarabalıqlarının axtarışları 2010-cu ildən etibarən aparılırdı. Ekspedisiyanın rəhbəri Munir Fantarın (Mounir Fantar) sözlərinə görə, tapıntı alimlərə inamla iddia etməyə imkan verir ki, şəhər qədim Romanın ticarət mərkəzlərindən biri olub və orada əsasən duzlu balıq istehsal edilirdi.

Sizin Reklam Yeriniz